Şagirdlər Yevlax şəhidləri ilə bağlı maarifləndiriliblər
Tarix: 12.06.2019 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


İyunun 11-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yevlax şəhidləri şəhid övladlarının gözü ilə" adlı tədbirlərin keçirilməsi” layihəsinin yekunu ilə bağlı tədbir keçirib.
Yevlax şəhər 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Yevlax şəhidləri Şahgəldiyev Muxtar Knyaz oğlu və İbrahimov Kənan Eldar oğlu barədə şagirdlərin məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə sual-cavab formatında müzakirələrin aparılıb.
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov deyib ki, dövlət şəhid ailələrinin sosial təminatı məsələlərini diqqət mərkəzində saxlayır. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri cəmiyyətin, gənc nəslin də şəhid ailələrinə hər zaman diqqətli yanaşmasının vacib olduğunu vurğulayıb. R. Cürənov “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin şəhidlərin tanıdılması, şəhid ailələrinə cəmiyyətin diqqət və qayğı ilə yanaşması ilə əlaqədar gələcəkdə də bu istiqamətdə Yevlax rayonu və Azərbaycanın digər bölgələrində layihələrin həyata keçirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb.
Tədbir müzakirələrlə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info