Almaniyada yəhudi icması Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib
Tarix: 12.06.2019 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Almaniyanın Leverkuzen şəhərində Davidstern yəhudi icmasının təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə azərbaycanlıların soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbiri açan Davidstern təşkilatının rəhbəri Lev İsmixanov Xocalı soyqırımını Liditse faciəsi ilə müqayisə edib: “Liditse qətliamı 1942-ci ildə nasistlərin törətdiyi cinayətdir. Bundan düz 50 il sonra alman nasistlərinin yolunu davam etdirənlər Xocalı soyqırımını törətdi.
Burada da etnik zəmində qocalar, qadınlar və südəmər körpələr qətlə yetirildi. Mənim vəziyyətimdə iki məqam birləşir – yəhudi olaraq Holokostun xatirəsini və Azərbaycandan olan biri kimi 90-cı illərin cinayətlərinin ağrısını daşıyıram".
ADDF-nin icraçı direktoru Elşad Əliyev qeyd edib ki, azərbaycanlıların qətliamı Ermənistan rəhbərliyinin düşünülmüş siyasəti idi. E.Əliyev buna sübut olaraq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın amerikalı jurnalist Tomas de Vaala müsahibəsini xatırladıb: “Orada Sarkisyan deyir ki, Xocalıyadək azərbaycanlılar bizimlə zarafat edə biləcəklərini düşünürdü – biz dinc əhaliyə əl qaldırmayacağıq. Biz bu stereotipi sındırdıq”. E.Əliyev iştirakçıları bölgədə baş verənlərlə yaxından tanış olmağa və onu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çağırıb. Sonda Fondun rəhbəri tədbirin təşkilinə görə yəhudi icmasına təşəkkürünü bildirib.
Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Qurban Ələkbərov da Azərbaycan həqiqətlərinin dünya, xüsusilə də alman ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyini qeyd edib: “Ətraf aləmin ermənilərin yalan təbliğat maşınına əsaslanmış mifdən azad olması bizim üçün çox vacibdir. Hər kəs anlamalıdır ki, Azərbaycan təcavüzün qurbanıdır”. O, Bundestaqın 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etməsini misal çəkərək ictimaiyyətin birtərəfli informasiyalara istinad etməsini təəssüflə bildirib.
Karl Bekker dini və siyasi araşdırmalar institutunun nümayəndəsi Mövsün Hacıyev bölgədəki həqiqətlərin qərbə çatdırılmasında subyektiv reallıqların olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, ilk növbədə ifrat sağçıların və islamofobların artımı ilə bağlıdır: “Biz müxtəlif platformalarda ünsiyyət zamanı Xocalı haqqında məlumat veririk. Amma burada problem başlayır – Azərbaycan müsəlman ölkəsidir, Ermənistan qədim xristian dövləti”.
Tədbirin iştirakçıları erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri əks etdirən bannerlərlə tanış olub. Onlara Xocalı faciəsindən bəhs edən poster və albomlar paylanılıb.
Sonra tədbirdə iştirak edən alman siyasətçilərlə Azərbaycan nümayəndə heyəti arasında müzakirələr aparılıb. Xüsusilə Leverkuzen şəhərinin bələdiyyə başçısı, Sosial Demokrat Partiyasının nümayəndəsi Uve Rixarts və Xristian Demokrat Partiyasından Bundestaqın deputatı olan Rudeqer Şolts Diaspora Dəstək Fondunun rəhbəri Elşad Əliyevə bölgədəki hadisələrlə bağlı suallar ünvanlayıblar və etiraf ediblər ki, onlar indiyədək bu faktlar barədə eşitməyiblər.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Avropa Şurasının yeni Baş katibi seçilib
26.06.2019
Strasburqda Azərbaycanda aparılan islahatlara həsr olunmuş tədbir keçirilib
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info