“Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda yazı müsabiqəsi elan edilib
Tarix: 12.06.2019 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar “Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.
Fonddan bildiriblər ki, müsabiqəyə “Azərbaycanda şeyxülislamlığın tarixi inkişaf mərhələləri”, “Şeyxülislamlıq institutunun milli-mənəvi dəyərlərimizin qorunmasındakı rolu”, “Şeyxülislam Allahşükür Paşazadə və dövlət-din münasibətləri”, “Dünyada sülhün, mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsi istiqamətində Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti” mövzularında yazılar qəbul olunur. Müsabiqədə I yer üçün 1 nəfər - 800 manat, II yer üçün 2 nəfər - 600 manat, III yer üçün 3 nəfər - 500 manat mükafat təqdim olunacaq. Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 150 manat) həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub. Müsabiqəyə 2019-cu ilin iyun ayının 12-dən iyul ayının 22-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar
20.10.2019
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək
20.10.2019
Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info