“Azərxalça”nın Naxçıvan filialında qısa müddətdə 150 kvadratmetrdən çox xalça toxunub
Tarix: 12.06.2019 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) son illər yaradılan 20 filialından biri də Naxçıvan şəhərində fəaliyyət göstərir. “Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki, ötən ilin sonlarında fəaliyyətə başlayan filialda qısa müddət ərzində 150 kvadratmetrdən çox xalça toxunub. Prezident İlham Əliyevin “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” 2018-ci il 15 fevral tarixli Sərəncamına əsasən inşa olunan filial binasında toxucular üçün müasir iş şəraiti yaradılıb. Filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 60 nəfərdən çox toxucu işə qəbul olunub. Emalatxanada işə götürülən toxucular “Azərxalça” ASC-nin təşkil etdiyi tədris-hazırlıq kurslarında iştirak edərək sertifikat alıblar. Filialın toxucuları əsasən Naxçıvan şəhərinin sakinləridir. Bununla yanaşı, xalça istehsalı emalatxanasında Babək rayonunun Qahab, Şıxmahmud, Şəkərabad, Vayxır, Şahbuz rayonunun Sələsüz kəndlərindən olan toxucular da çalışırlar. Filialın kollektivinin işə rahat gəliş-gedişinin təmin olunması məqsədilə nəqliyyat vasitəsi ayrılıb.
Burada Naxçıvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir.
Filialda usta xalçaçı vəzifəsində çalışan Fəridə Qurbanova Naxçıvana Bakı şəhərindən göndərilib. O, “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursunda toxuculara bu sənətin sirlərini öyrətdikdən sonra Naxçıvan filialında usta xalçaçı kimi fəaliyyətə başlayıb. Fəridə Qurbanova deyir ki, Naxçıvan Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Odur ki, kursa cəlb olunan toxucuların əksəriyyəti xalça toxumağı bacarırdı. Onların bu sənətin sirlərinə daha dərindən yiyələnməsi üçün əlimizdən gələni əsirgəmədik. Kursda iştirak edən gənclərə isə xalça toxumağı öyrətdik. İndi filialımızda çalışan peşəkar toxucular gözəl xalçalar ərsəyə gətirirlər. İndiyədək toxucularımızın əl əməyinin, göz nurunun nəticəsi olan 23 xalça kəsilib.
Babək rayonunun Qahab kəndindən olan toxucu Raziyə Adıgözəlova deyir ki, hələ uşaqkən nənəsinin, anasının xalça toxuması onda bu sənətə maraq oyadıb. Onlardan çox şey öyrənib. 2013-cü ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən xalçaçılıq kursunda iştirak edib, ötən il isə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi kursda bu sənətin sirlərinə yiyələnib. Raziyə Adıgözəlova Naxçıvanda xalça istehsalı emalatxanası yaradaraq onları iş yeri ilə təmin edən dövlətimizə minnətdarlığını bildirir.
Toxucu Nailə Tahirova da onlar üçün yaradılmış şəraitdən razılıqla danışaraq deyir: “Xalça toxumaq əziyyətli işdir, səbr, diqqət və dözümlülük tələb edir. Keyfiyyətli xalça toxumaq üçün gərək yaxşı şərait ola. Sağ olsun dövlətimiz. Naxçıvanda bizim üçün hər cür şəraiti olan xalça istehsalı emalatxanası yaradılıb. Toxucular emalatxana binasında gözəl və keyfiyyətli xalçalar toxumaq üçün səylə çalışırlar. Bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq”. Toxucu yoldaşının söhbətinə qoşulan Natəvan Zeyniyeva “Azərxalça”nın Naxçıvan filialının yaradılmasının muxtar respublikada xalçaçılığın inkişafına çox böyük təsir göstərdiyini bildirir. Onun sözlərinə görə, əvvəllər evlərdə xalça toxunmasının stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirilsə də, bu, bütün xalçaçıları əhatə etmirdi. Bu filialın yaradılması həm Naxçıvanda xalçaçılıq sənətinin yaşadılmasına, həm də xalçaçılıqla məşğul olanların işlə təmin olunmasına imkan verib.
Qeyd edək ki, Naxçıvanda xalçaçılığın tarixi qədim dövrlərə gedib çıxır. Azərbaycanın digər bölgələri kimi, Naxçıvan diyarında da xalçaçılıq sənəti özünün ən yüksək inkişaf səviyyəsinə XVIII-XX əsrin əvvəllərində çatıb. Müstəqillik illərində bu sahənin inkişafına göstərilən qayğı Naxçıvanda xalçaçılıq tarixinin araşdırılmasına geniş imkanlar açıb, aparılan tədqiqatlar nəticəsində Naxçıvan xalçaları ayrıca qrup kimi səciyyələndirilib. Muxtar respublikada xalça istehsalı fabrikinin yaradılması Naxçıvanda xalçaçılığın yaşadılmasına, bu sənət sahəsinin inkişafına böyük töhfə verir. Filialın kollektivi səylə çalışaraq keyfiyyətli xalçalar toxuyur, Naxçıvan xalçalarının əvvəlki şöhrətini özünə qaytarır.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanda mebel istehsalı 46 faiz artıb
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info