“Türk dünyasında milli mücadilə və ədəbiyyat” mövzusunda simpozium keçirilir
Tarix: 13.06.2019 | Saat: 10:37:00 | E-mail | Çapa göndər



Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Bakı Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu və Qafqaz Universitetləri Birliyinin (KÜNİB) birgə təşkilatçılığı ilə “Türk dünyasında milli mücadilə və ədəbiyyat” mövzusunda simpozium öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin inkişafından danışıb.

Tədbirin plenar iclaslarında TİKA-nın Bakı proqram koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Türk Dil Qurumu rəhbərinin köməkçisi Feyzi Ersoy, KÜNİB-in rəhbəri Ramazan Korkmaz iştirak ediblər.
Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov “Azərbaycan poeziyasında milli istiqlal mücadiləsi” mövzusunda məruzə ilə plenar iclasda çıxış edib.
Daha sonra simpoziuma məruzə ilə qatılan iştirakçıların bölmə iclaslarında məruzələri dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
ADPU-da Qazax Milli Qızlar Pedaqoji Universitetinin nümayəndələri ilə görüş
19.06.2019
“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi işıq üzü görüb
19.06.2019
Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
19.06.2019
Azərbaycan milli hərəkat tarixinin tədqiqatçı alimi
19.06.2019
Serbiya Prezidenti Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10809

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info