Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
Tarix: 13.06.2019 | Saat: 13:11:00 | E-mail | Çapa göndər




İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.
Bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb. Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub. Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət trayektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə“ mövzusunda beynəlxalq konfrans
19.06.2019
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
19.06.2019
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19.06.2019
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19.06.2019
Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10809

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info