Masallıda “Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq” mövzusunda dəyirmi masa keçirilib
Tarix: 13.06.2019 | Saat: 13:44:00 | E-mail | Çapa göndər


13 iyun 2019-cu il tarixdə Gənclər Mərkəzində Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər planının 5.1 bəndinin 5.1.6 yarımbəndinin icra olunması Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği istiqamətində “Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq” mövzusunda dəyirmi masa keçirilib

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirdi ki, cəmiyyətimizin aparıcı hissəsi olan gənclərimizin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də onların qeyri-ənənəvi, radikal yönümlü dini təriqətlərin, pis vərdişlərin təsirindən qorunması, mənəviyyatımıza zidd dini cərəyanlara qarşı mübarizənin təşkil edilməsi istiqamətində rayonda ötən müddət ərzində müəyyən işlər görülmüş, rayon əhalisi, xüsusilə gənclər və ümumtəhsil məktəblərinin şagirdləri arasında vaxtaşırı maarifləndirmə tədbirlərin aparıldığını diqqətə çatdırdı

Tədbirdə C.Kazımov adına Qodman kənd tam orta məktəbinin Uşaq Birliyi təşkilsatının sədri Niyazi Əliyev,A.Qurbanov adına Rüdəkənar kənd tam orta məktəbinin Uşaq Birliyi təşkilsatının sədri Ramazan Şükürov və başqa fəal gənclər çıxış edərək ölkə gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu və gənclər arasında dini radikalizm, ekstremizmə qarşı mübarizə məqsədilə keçirilən tədbirlərin müstəsna əhəmiyyəti olduğunu bildiriblər
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info