Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib
Tarix: 13.06.2019 | Saat: 13:57:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq Nəsimi İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 38 ünvanda növbəti səyyar qəbul keçirib, sakinlərin müraciətlərini dinləyib, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə edib. Mikrorayonda, o cümlədən 20 Yanvar, M.Cəfərov, C.Səlimov, Cavadxan küçələri, Moskva prospekti ərazilərində yaşayan sakinlər Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak ediblər.
Qəbulun Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini qeyd edən başçı “15 iyun”un müstəqillik tariximizə qızıl hərflərlə yazıldığını, həmin günün Azərbaycan xalqı üçün unudulmaz tarixlərdən və şanlı bayramlardan biri olduğunu, indiki nüfuzlu, güclü, müstəqil Azərbaycan dövlətinin məhz Milli Qurtuluş Günü sayəsində sayılıb - seçilən müasir dünya dövlətləri sırasına qoşulduğunu, həmin gündən başlayaraq, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqını, millətini və bütövlükdə, Vətənimizi düçar olduğu ağır bəlalardan, məhv olmaqdan qurtardığını, müstəqil dövlətimizin sürətli inkişafı, beynəlxalq aləmə inteqrasiyası üçün bütün imkanlardan istifadə etdiyini, torpağına, xalqına, Vətəninə sonsuz məhəbbətlə bağlı olan Ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycan dövlətçiliyinin xilasının, bugünkü müstəqilliyimizin əsasını qoyduğunu vurğuladı. Bildirildi ki, Ümummilli lider 1993-cü ildə xalqımızın birliyinə nail olmasaydı, bugünkü firavanlıqdan, əmin-amanlıqdan, sabitlikdən, inkişafdan, dövlətimizin dünya birliyində söz sahibinə çevrilməsindən danışmaq mümkün olmazdı və Müstəqil Azərbaycan dövlətinin xilası məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Sakinlərdən Qasımov Kənan, Məmmədov Cavad, Nağıyev Mahir, Cabbarova Şahsənəm, Tağıyeva Zenfira, Osmanov Müzəffər və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, yaşıllqların suvarılması və yaşlı ağacların əvəzlənməsi, damlardakı su çənlərinin yığışdırılması, söhbətgahların qurulması, dam örtüyünün təmir edilməsi barədə müraciətlər etmişlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, Heydər Əliyev Fondunun vitse- prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu ərazisində görülən işlər xüsusi vurğulanmışdır.
Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Asif Məhərrəmov küçəsi 34-42 ünvanları əhatə edən məhəllədə aparılan abadlaşdırma layihəsi sakinlərə təqdim olunmuş, müzakirələr aparılmış, sakinlərin abadlıq işlərinə dair təklifləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Səyyar qəbul zamanı sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərinə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib
24.06.2019
Azərbaycanda yol hərəkətinin nizamlanması üçün iki yeni nişan yaradılır
24.06.2019
“Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir”
24.06.2019
Dünya şöhrətli azərbaycanlı ovçu “Russian Business Guide” jurnalında
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info