Çin şirkəti Azərbaycan gömrüyü ilə işgüzar əlaqələr qurmaq istəyir
Tarix: 13.06.2019 | Saat: 13:58:00 | E-mail | Çapa göndər


Çinin “Nuctech” şirkəti Azərbaycan gömrüyü ilə işgüzar əlaqələr qurmaq istəyir.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, iyunun 13-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Nuctech” şirkətinin vitse-prezidenti San Şanqmin ilə görüşüb.
Görüş Bakıda, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi çərçivəsində baş tutub.
Azərbaycan gömrüyünün informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verdiyini qeyd edən S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər gömrük sistemində həyata keçirilən mütərəqqi islahatlar hesabına bu sahədə mühüm nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.
Komitə sədri Azərbaycan gömrük orqanlarının tamamilə kağızsız texnologiyalar əsasında fəaliyyət göstərdiyini bildirib, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına gömrük rəsmiləşdirilməsinin sadə və sürətli şəkildə həyata keçirilməsinin, ticarətin və sərhədkeçmə proseslərinin asanlaşdırılmasının və şəffaflığın təmin olunduğunu vurğulayıb.
O da qeyd olunub ki, Azərbaycan gömrük orqanlarının informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir sıra layihələrindən dünyanın müxtəlif ölkələrinin gömrük orqanları yararlanır. S.Mehdiyev Dövlət Gömrük Komitəsinin bu sahədə əməkdaşlığa, təcrübə mübadiləsinə xüsusi önəm verdiyini və “Nuctech” şirkəti ilə əməkdaşlığın da hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
“Nuctech” şirkətinin vitse-prezidenti S.Şanqmin səmimi qəbula və ÜGT-nin konfrans və sərgisinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Qonaq informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən elm adamlarının, gömrük qurumlarının, biznes nümayəndələrinin Bakıda keçirilən görüşünün bu sahənin inkişafına töhfə verəcəyini vurğulayıb. Təmsil etdiyi qurum və onun fəaliyyət sahələri haqqında da məlumat verən S.Şanqmin Azərbaycan gömrüyü ilə səmərəli və işgüzar əlaqələrin qurulmasından məmnun olacağını diqqətə çatdırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info