Bəhruz Həsənov: “Sevinc Osmanqızı anlamalıdır ki, peşə mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı qanun qarşısında eyni dərəcədə məsuliyyət daşıyır”
Tarix: 13.06.2019 | Saat: 14:19:00 | E-mail | Çapa göndər


“Sevinc Osmanqızının stəkanda fırtına yaratmaq cəhdləri özünütəsdiq naminə edilən naümid çırpınışlardır”

“Hal-hazırda ABŞ-da yaşayan keçmiş jurnalist Sevinc Osmanqızı “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi üzrə təqsirli bilinərək həbs edilməsini özünəməxsus “arqument”lərlə şərh etmiş, bu kimi qanunazidd fəaliyyətlərə haqq qazandırmağa çalışmışdır. Eyni zamanda İ.Rəhimovun konkret cinayət əməlinə görə azadlıqdan məhrum edilməsinə baxmayaraq, məsələni siyasiləşdirməyə, hətta Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla əlaqələndirməyə cəhd edərək, növbəti dəfə özünü ifşa etmişdir. Ola bilsin ki, Sevinc Osmanqızı ilə İkram Rəhimovun və digər “reket” jurnalistlərin media fəaliyyətlərinin təməl prinsipləri arasında mühüm oxşarlıqlar var. Ona görə də onlar arasında həmrəylik mövcuddur. Bu başadüşüləndir”. Bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov sosial şəbəkələrdə yazıb.

“Hər hansı bir jurnalistin illər uzunu “reket” informasiya saytları yaradıb, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması, ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, cinayət məsuliyyətinə cəlb ediləcəyini hiss etdiyi anda isə özünü sığortalamaq və həbsinə siyasi çalar vermək məqsədilə yüksək ranqlı dövlət məmuru haqqında böhtan xarekterli yazı yazması nə zamandan bəri siyasi fəaliyyət hesab edilib? Sizin siyasi fəaliyyət anlayışınız budurmu?”

Bəhruz Həsənov daha sonra qeyd edib: “Amma S.Osmanqızı anlamalıdır ki, peşə mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı qanun qarşısında eyni dərəcədə məsuliyyət daşıyır. İ.Rəhimova “siyasi məhbus” donu geydirməyə çalışan xanım jurnalistdən soruşmaq istəyirəm. Hər hansı bir jurnalistin illər uzunu “reket” informasiya saytları yaradıb, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması, ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, cinayət məsuliyyətinə cəlb ediləcəyini hiss etdiyi anda isə özünü sığortalamaq və həbsinə siyasi çalar vermək məqsədilə yüksək ranqlı dövlət məmuru haqqında böhtan xarekterli yazı yazması nə zamandan bəri siyasi fəaliyyət hesab edilib? Sizin siyasi fəaliyyət anlayışınız budurmu? Axı bu kimi əməllər nəticəsində neçə-neçə Azərbaycan vətəndaşı şantajla üzləşib, onların haqları tapdalanıb, şəxsi həyatlarının toxunulmazlıqlarına müdaxilələr edilib. Baxmayaraq ki, S.Osmanqızı şəxsi həyatın toxunulmazlığı haqqında emosional çıxışlar edir, amma elə burada fərq ortaya çıxır, xanım “Youtuber” ancaq özü üçün təminat istəyir, Azərbaycan höküməti isə bütün vətəndaşlarının hüquqlarının qorunması ilə məşğul olur. Hər bir ölkədə olduğu kimi, bizdə də ayrı-ayrı vətəndaşların peşə mənsubiyyətinin gətirdiyi üstünlüklərdən faydalanaraq, digər vətəndaşları şantaj etmələri, ifşa olunduqda isə “siyasi məhbus” illüziyası yaratmağa cəhd etmələri və bu kimi çirkin niyyətlər uçun mətbuatdan istifadəyə cəhd etmələri yolverilməzdir. Burada qeyri-adi heç nə yoxdur. S. Osmanqızının stəkanda fırtına yaratmaq cəhdləri isə özünütəsdiq naminə edilən naümid çırpınışlardır. Ümumiyyətlə, jurnalistika ciddi və şərəfli peşədir. Yaxşı olardı ki, bu peşə ilə yalnız layiqli insanlar məşğul olsunlar”.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Zəfərin Komandanı
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info