5100 metr uzunluğunda dövlət bayrağı ilə sərhədçi yürüşü
Tarix: 13.06.2019 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Azərbaycan sərhədçiləri 15 iyun - Milli Qurtuluş Gününün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, qurum tərəfindən bu münasibətlə “Vətənə xidmət–andımız, amalımızdır!” şüarı ilə möhtəşəm bayraq yürüşü təşkil edilib. Dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5100 metr uzunluğundakı dövlət bayrağımızı irəlidə generallar və zabitlər olmaqla 5 min nəfərlik heyət çiyinləri üzərində daşıyıb.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının üzərindəki sərhədçi süvarilər müqəddəs dövlət bayrağımızı başları üzərində ucaldıblar. Yürüş boyu yerləşdirilmiş zirehli döyüş texnikalarında dövlət bayrağının dalğalandırılması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənnüm edən səkkiz helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib. Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri dahi öndər Heydər Əliyevin uca xatirəsinə və milli dövlətçilik ənənələrinə sadiqliklərini, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər. Tədbirdə çıxış edən DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının Milli Qurtuluş Gününün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib. Xidmət rəisi 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qısa zamanda ölkədə sabitliyi bərpa etməsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qоrumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsini böyük qürur hissi ilə vurğulayıb.
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən “Vətənə xidmət–andımız, amalımızdır!” şüarı altında möhtəşəm bayraq yürüşü Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızı azad etməyə, işğal altındakı dövlət sərhədlərini mühafizəyə götürməyə və bütün dövlət sərhədlərimiz boyu şanlı dövlət bayrağımızı ucaltmağa sərhədçi əzminin ifadəsi olub. Bu bayram gününün təntənəsini sərhədçilərlə birgə yaşayan hərbi qulluqçuların ailə üzvləri sərhədçilərin əzəmətli bayraq yürüşünü böyük ruh yüksəkliyi ilə qarşılayıblar. DSX-nin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, “Nur” vokal-instrumental qrupunun kollektivləri bayram gününə və bayraq yürüşünə həsr olunmuş konsert proqramı ilə şəxsi heyət qarşısında çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib
15.10.2019
Nazir müavini: “Müəllimlər şagirdlərin beynini lazımsız məzmunla doldurmağa çalışırlar”
15.10.2019
BŞBPİ: Razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınacaq
15.10.2019
Xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib
15.10.2019
BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info