Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
Tarix: 16.06.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Qarabağdakı separatçı rejimlə Fransa şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğvi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb

Ermənilər etiraf edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir

“Fransa və Qarabağ şəhərləri arasında dostluq xartiyalarının ləğvi ilə Fransa Minsk Qrupunun həmsədri kimi neytrallığını nümayiş etdirməyə çalışır”. Bu fikirləri “NovostiNK”ya Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi ilə bağlı məsələni dəyərləndirərkən Fransanın erməni əsilli politoloqu Kayç Minasyan bildirib. Politoloq qeyd edib ki, xartiyların ləğvi qərarları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı balanslı mövqeni qorumaqla bağlıdır: “Burada Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı. Sirr deyil ki, Azərbaycan illərdir müxtəlif beynəlxalq meydanlarda ATƏT-in Minsk Qrpunun həmsədr ölkələri ilə beynəlxlaq aləmdə tanınmayan rejimlər arasında xartiyların imzalanmasının mümkün olmadığın bəyan edir”. Minasyan məhkəmələrin qərarını Fransanın Azərbaycanla mövcud olani iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək baxımından Bakıya siqnal kimi də dəyərləndirir. Onun fikrincə, Fransa və Azərbaycan kifayət qədər yaxşı ticarət-iqtisadi tərəfdaşdırlar. Politoloq onu da qeyd edib ki, bu məsələdə Ermənistan və Fransadakı erməni icmasının çiyinlərinə də böyük məsuliyyət düşür. Belə ki, onların fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə bu proces davamlı xarakter daşıyacaq.
Göründüyü kimi, Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb. Ermənilər etiraf edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir.
Digər tərəfdən ermənilər onu da etiraf etməyə məcburdular ki, Fransada erməni lobbisi nə qədər güclü olsa belə, ATƏT Minsk Qrupunun həmsədri kimi Fransa neytrallıq saxlamağa məcburdur.
Həmçinin bu elə kobud beynəlxalq qanunvericilk pozuntusudur ki, heç bir, hətta müstəqil olmayan məhkəmə belə ona bəraət qazandıra bilməz. Göründüyü kimi Azərbaycan həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, Anti-Azərbaycan xarakteli addımların qarşısını almaq gücündədir. Fransa son illər ərzində Azərbaycanla siyasi və iqtisadi əlaqələrini gücləndirib və bu amil prezident Makron başda olmaqla Fransa hakimiyyətinin mövqeyinə öz təsirini göstərməyə bilməz. Erməni əsilli Fransa politoloqu Minasyan da bu həqiqətləri etiraf etməklə yanaşı, bütün baş verənlərə görə həm də Ermənistan və erməni lobbisinin məsuliyyət daşıdığını deyib. Onların fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə bu proces davamlı xarakter daşıyacaq.
Minasyan radikal Anti-Azərbaycan və Anti-Türk mövqeyə malik daşnakdır.
O, “Le Monde” qəzetinin elektron versiyasında rəhbər işçilərdən biridir, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edir. Fransada yaşasa da, tez-tez Ermənistana gedib gəlir, aprel döyüşlərdən sonra Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya təşkil edənlərdən biri olub. Bu, bir tərəfdən konkret Anti-Azərbaycan mövqeyi olan bir şəxsin nüfuzlu “Le Monde” qəzetində aparıcı mövqelərdən birinə sahib olduğunu və bu halın nəşrin obyektivliyinə kölgə saldığını göstərir. Digər tərəfdən həssas məqalmlarda “Le Monde”nin Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında hansı məqamın durduğunu nümayiş etdirir.


Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
“Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb“
29.01.2020
Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq
28.01.2020
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
28.01.2020
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
28.01.2020
Müxalifətin “mühacir alveri” gündəmdən düşmür

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info