Delfinlər arasında ölüm halları anomal yüksək səviyyəyə çatıb
Tarix: 17.06.2019 | Saat: 15:28:00 | E-mail | Çapa göndər



Okeanın və atmosferin tədqiqi üzrə ABŞ milli idarəsinin mütəxəssisləri son bir neçə ayda Meksika körfəzi sahilləri rayonunda afalin delfinləri arasında ölüm hallarının anomal yüksək səviyyəyə çatmasını qeyd ediblər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu məlumatı NBC telekanalı yayıb. Alimlərin hesablamalarına görə, bu il fevralın 1-dən iyunun ortalarına qədər Florida, Alabama, Missisipi və Luiziana ştatlarında okean sahilində azı 279 delfin aşkar edilib, onların çoxu ölü olub. İdarənin nümayəndələri vurğulayırlar ki, bu rəqəm göstərilən dövr ərzində orta illik rəqəmdən təqribən 3 dəfə çoxdur.
Diri delfinlər sahilə düşəndən sonra onlara kənardan kömək göstərilməsə özləri okeana qayıda bilmir və bir neçə saat ərzində ölür. Adətən quruya atılan delfinlər qoca, xəstə və ya yaralı olur.
Tədqiqatçılar bu hadisənin səbəblərini müəyyən etməyə çalışırlar. Onların fikrincə bunun bir səbəbi 2010-cu ilin aprel ayında “Deepwater Horizon” platformasında baş vermiş partlayışdan sonra Meksika körfəzinə neft axması ola bilər. Milyonlarla barrel neftin suya axması ilə nəticələnmiş bu ekoloji fəlakətin heyvanat aləminə məhvedici təsiri hələ də davam edir.
Təbiəti mühafizə təşkilatları daha əvvəl bildiriblər ki, neftlə çirklənmiş körfəz rayonlarındakı delfinlər çoxsaylı qaraciyər və ağciyər xəstəliklərindən əziyyət çəkir. Onlar kütlələrinin nisbətən az, özlərinin əzgin olması ilə fərqlənir.
Tədqiqatçıların digər fərziyyəsinə görə, delfinlərin məhv olmasının bir səbəbi də bu baharda baş vermiş daşqınlar nəticəsində Meksika körfəzinə qeyri-adi dərəcədə çox içməli suyun daxil olması ilə bağlıdır. Sahildə ölmüş vəziyyətdə tapılmış bəzi delfinlərin bədən örtüklərinin zədələnməsi aşkar edilib. Bu zədələr içməli suyun təsiri ilə yarana bilər.




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Fransanın 51 il əvvəl yox olan sualtı gəmisi tapıldı
23.07.2019
Zəhərli qarpızın əlamətləri
23.07.2019
Ölümdən 3 həftə əvvəl insan bu yuxuları görür
23.07.2019
Tallində ilk dəfə olaraq kiberdiplomatiya məktəbi açılıb
22.07.2019
Türkiyədə 92 yaşlı cütlük 26 dəqiqə fərqlə vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info