İslahatlar müxalifəti niyə narahat edir?
Tarix: 20.06.2019 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Azərbaycanda həyata keçirilən sosial siyasətin önündə daim vətəndaş amili dayanıb. İnsanların həyat və yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün zaman-zaman sosial-iqtisadi islahatlar həyata keçirilir. Ölkə başçısının həyata keçirdiyi uğurlu daxili siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın yeni sosial və iqtisadi inkişaf modeli bir sıra ölkələr üçün nümunə göstərilir. Son zamanlar sosial sahədə dərinləşən islahatlar, Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı sərəncamlar insanların sosial rifah halının daha da yüksələcəyinə zəmin yaradacaq.
Lakin təəssüf hissi ilə qeyd edək ki, bu gün Azərbaycanda həyata keçirilən islahatları, nəzərə çarpan iqtisadi inkişafı, hətta ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında belə, yer alan yüksək iqtisadi göstəriciləri görməzdən gələn bəzi qüvvələr də var. Onlar nəinki hər şeyə qara eynəklə baxırlar, hətta sosial şəbəkələr vasitəsilə gecə-gündüz anti-təbliğatlar da aparırlar ki, guya ölkədə hər şey pisə doğru gedir, görülən işlər, islahatlar, insanların maddi durumunun yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasət təqdir edilməməlidir və s. Əlbəttə, bu azsaylı qüvvələr müxalifətdə olan bir qrup, siyasət adına ləkə gətirən şəxslərdir. Xüsusən də müxalifətin radikal qolu bu işdə daha çox aktivlik göstərir, insanlarımızın fikir və düşüncələrini reallıqdan yayındıraraq “siyasi hipnozla” məşğul olurlar. Amma bu hipnozları alınırmı? Əlbəttə, yox! Bu işdə ən çox fəallıq göstərən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, 90-cı illərin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavatın ən səbatsız və uğursuz kadrlarından olmuş Əli Kərimlidir. AXCP sədri Prezidentin son sərəncamlarından hikkələnərək artırılan maaş və pensiyaların, guya Azərbaycan iqtisadiyyatına zərər vuracağını iddia edib. Əlbəttə, müxalifət partiyasının rəhbəri olduğu üçün iqtidarın yürütdüyü uğurlu siyasət onu qıcıqlandırmalı idi. Normal müxalifətdən fərqli olaraq AXCP, Müsavat və digər bizim bəzi müxalif siyasi partiyalar xalqın rifahının yaxşılaşdırılması üçün atılan istənilən addımda bir “əmma” axtarmağa çalışırlar. Bu gün artırılan maaşların guya müxalifətin qondarma birliyi sayılan “milli şura” adına təşkil etdiyi 19 yanvar mitinqinin nəticəsi olduğunu deməkdən belə, çəkinməyən Əli Kərimli hələ də özünü gülünc vəziyyətə qoymaqdan usanmır. Qənimət Zahidin “YouTube”də təşkil etdiyi canlı yayımda maaşları artırılan müəyyən kateqoriyadan olan insanların sevinclərinə şərik olduğunu demək əvəzinə, AXCP sədri həmin peşə sahibləri, şəxslər haqqında xoş olmayan ifadələr işlədir, guya bu təbəqələrin- müəllimlər hərbçilər və b.- məhz seçkilərdə həlledici rol oynadıqları üçün maaşları artırıldı. Nə qədər absurd bir iddiadır...
Əvvəla, özünə hörmət edən müxalifət partiyasının rəhbəri yüz nəfərlik insanın belə, sosial durumunun yaxşılaşdırılmasına hesablanmış hər hansı bir addımı təqdir etməli idi, nəinki yüz minlərlə insan ola... İkincisi, belə absurd iddialar ortaya qoyan, sosial bazası hələ uzun illər öncə zəifləyən AXCP və digər radikal müxalifət partiyalarının rəhbərlərinə kim inanar, kim ümid edib onların arxasınca gedər axı? Yaxşı siyasətçisənsə, savadlı partiya rəhbəri, hakimiyyət iddiasında olan müxalifət nümayəndəsisənsə, sən insanlarda özünə inam yaratmalısan, gecə-gündüz sosial iqtisadi islahatlara qara yaxmaqla, Mehman Hüseynov kimilərinin adı üzərindən özünə siyasi xal qazanmaqla məşğul olmamalısan. Ortaya normal siyasi konsepsiyalar hazırlayıb qoymalısınız, əsaslandırılmış tənqid və iradlarınızı bildirməklə, hakimiyyətdə olan komandaya, hətta yeri gəlsə, ideyalarınızla kömək də etməlisiniz ki, insanlar sizin potensialınızı görsünlər. Amma Əli Kərimli əvəzində nə edir? Radikal çağırışlar səsləndirir, Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün atdığı addımlara ləkə yaxmağa çalışır, insanların gündəlik həyatında öz əksini tapan müsbət sərəncamlara isə qısqanclıqla yanaşaraq, guya bütün bunların devalvasiya, inflyasiya, büdcəyə zərbə və s. səbəb olacağını deməklə, özünü cığal uşaq kimi aparır. Bir daha qeyd edirik ki, bu gün Azərbaycanda təkmil islahatların aparılması göz önündədir və bu islahatlar sistemli xarakter daşıyır. Yanvar ayından əvvəl də Prezident tez-tez insanların rifah halının yüksəldilməsinə xidmət edən addımlar atmışdı, sərəncamlar imzalayaraq, islahatlar apararaq, sosial siyasətinin önündə Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasının dayandığını nümayiş etdirmişdi, yanvardan sonra da bunu müşahidə edirik. Bir stadionluq, özü də məhz sənə görə deyil, Mehman amilinə, ReAl Partiyasının da ilk dəfə sizin mitinqə qoşulmasına görə toplanan adamın milyonlarla tərəfdarı olan bir iqtidara hansı basqısı, təzyiqindən danışırsan axı? Bax bu cür düşüncə və təfəkkürünüzə görə, Türkiyə və digər ölkələrdəki sosial bazası normal, hətta yaxşı olan müxalifət partiyalarından geri qalırsınız... Görünür, sizin digər ölkələrdən görüb-götürəcəyiniz hələ çox şeylər var.
Doğrudan da yalan, şər-böhtan, uydurma iddialar, daxili çəkişmələrlə xarakterizə edilən Azərbaycan müxalifəti bu gün acınacaqlı durumdadır. Yaxın perspektivdə nə Əli Kərimlinin, nə onun əlinin altında oyuncağa çevrilən Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Müsavatda daxili intriqalara başı qarışan Arif Hacılı və digərlərinin bu acınacaqlı durumdan çıxacaqları görünmür. Sosial islahatların ilbəil, hətta aybaay daha da dərinləşəcəyi şübhəsizdir və bu da Əli Kərimlilərdə qıcıq yaratmaya bilməz. İndiki halda, müxalifətin gülünc iddiaları özlərinin əleyhinə işləyir. Çünki bu iddialar, həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin dərin kökləri var. Ölkə başçısı İlham Əliyev hələ 2003-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bir sıra vədlər vermişdi ki, bu vədlər sonrakı illərdə konkret əməllərlə öz təsdiqini tapdı. Qısası, Prezidentin son addımları da Azərbaycanın davamlı iqtisadi inkişafına söykənir və qaragüruhçu qüvvələrin nə deməsindən asılı olmayaraq, xalqımız, Azərbaycan cəmiyyəti bu islahatlar paketini, uğurlu sosial-iqtisadi siyasəti dəstəkləyir!




 
Müəllifin son yazıları

07.03.2019 Leyla Yunusun daxilindəki erməni sevgisi
11.02.2019 Qərəzin də bir həddi var...
31.01.2019 “Milli şura”nın növbəti iflası
20.05.2013 Sürücülük mədəniyyəti və artan qəzalar…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info