“Belarus-Azərbaycan İcmaları Konqresi II Avropa Oyunlarına çox fəal hazırlaşıb”
Tarix: 20.06.2019 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Natiq Bağırov: “İdmançılarımız öz nümunəvi çıxışları ilə bizim diasporu və ümumiyyətlə, Azərbaycan xalqını sevindirməlidirlər”

Bütün dünyanın diqqəti sabah Belarusun paytaxtı Minskdə açılışı olacaq İkinci Avropa Oyunlarınadır. İyunun 21-30-da keçiriləcək “Minsk 2019”da Azərbaycan 11 idman növü üzrə 82 idmançı ilə təmsil olunacaq. Bu Oyunlarla bağlı Belarusdakı Azərbaycan diasporu da tanıtım tədbirlər keçirəcək. Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov bununla bağlı “Palitra”ya özəl müsahibə verib.
-Natiq müəllim, Belarusdakı Azərbaycan diasporu II Avropa Oyunlarına necə hazırlaşıb?
- Belarus-Azərbaycan İcmaları Konqresi II Avropa Oyunlarına çox fəal hazırlaşıb. Bununla bağlı artıq biz bir aydan çoxdur ki Azərbaycanın Milli Olimpiya Komitəsi ilə sıx əlaqədəyik. İyunun 20-də Minskdə Azərbaycan Mədəniyyət Günü keçirildi. Tədbirin aparıcısı müğənni Ruslan Aslanov oldu. Burada bizim "Sarı gəlin" və "Qafqaz əfsanələri" ansambllarımız iştirak etdilər. Azərbaycanın Əməkdar artisti, “Minsk 2019”un Ulduz səfiri Tünzalə Ağayeva səhnədə mahnılar ifa etdi.
-Yəqin ki, açılış mərasimində Siz də iştirak edəcəksiz.
-Bizim II Avropa Oyunları ilə bağlı təşkilati işlərimiz çoxdur. Amma buna baxmayaraq mən və ailəm, eləcə də əksər aktiv diaspor üzvləri açılışda iştirak edəcək. Azərbaycan Respublikasının dövlət bayrağı artıq zaldadır. Açılış mərasimində "Azərbaycan" sözü idmançılarımızı irəli aparacaq.
-Azərbaycanlı idmançıların əhval-ruhiyyəsi necədir?
-Şükürlər olsun ki, idmançılarımızın əhval-ruhiyyəsi yaxşıdır. Bütün hazırlıqlar görülüb. Artıq idmançılarımız Atletlər kəndindədir. İdmançılarımız ancaq öz nümunəvi çıxışları ilə bizim diasporu və ümumiyyətlə, Azərbaycan xalqını sevindirməlidirlər.
-İdmançılarımıza Oyunlar zamanı diasporumuz nə kimi mənəvi dəstək göstərəcək?
-Yüzlərlə bizim diaspor üzvləri Oyunlarda iştirak edəcək. Artıq biletləri də almışıq. Azərbaycan diasporunun üzvləri, o cümlədən gənclərimiz bayraqlarla gedib yığmamıza dəstək olacaq. Əminik ki, bizim dəstəyimiz idmançılarımıza ruh yüksəkliyi verəcək. Bu da idmançılarımızın yüksək nəticə göstərməsinə müsbət təsir edəcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Rusiya üçün Ermənistanın əhəmiyyəti azalır
18.09.2019
“Gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur”
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info