Çinlə müqavilə imzalanacaq
Tarix: 13.08.2013 | Saat: 18:17:00 | E-mail | Çapa göndər
Hüquqi əlaqələrin genişləndirilməsi və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında məhkumların verilməsi haqqında” müqavilə layihəsinin razılaşdırılması məqsədilə Çin Xalq Respublikası Ədliyyə Nazirliyinin məhkəmə yardımı və xarici işlər departamentinin rəisi Vu Kiujenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə Çinin nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını daha, sonra isə Şəhidlər xiyabanını ziyarət edib.
Nümayəndə heyətinin ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev ilə görüşündə qonaqlara ölkəmizin keçdiyi müstəqillik yolu, son illərdə respublikamızın penitensiar sistemində görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər barədə ətraflı məlumat verilib. Son vaxtlar məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər də qonaqların diqqətinə çatdırılıb. Vu Kiujen hər bir ölkənin ümumi inkişafının bütün sahələr kimi, penitensiar sistemə də müsbət təsir etdiyini bildirib. ÇXR-da mövcud olan 700-dək cəzaçəkmə müəssisəsinin də əksəriyyətində böyük dəyişikliklər aparıldığını və bu dəyişikliklər zamanı Çin xalqının adət-ənənələrinə xüsusi diqqət yetirildiyini bildirib. Eyni zamanda, beynəlxalq əməkdaşlığın, region ölkələri ilə təcrübə mübadiləsinin də xüsusi əhəmiyyəti qeyd olunub. Görüşdə hər iki ölkənin Ədliyyə nazirliklərinin məsul əməkdaşlarının iştirakı ilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” müqavilə layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Çin nümayəndə heyəti, həmçinin Bakı İstintaq Təcridxanasına baş çəkib, məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraiti, həmin müəssisənin iş fəaliyyəti ilə tanış olub.




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Naxçıvanda arı ailələrinin sayı 70 mini ötüb
22.05.2018
İnam Kərimov Sabirabadda laboratoriyalara baxış keçirib
22.05.2018
Xaçmaz məktəbliləri yararsız enerji batareyalarını niyə toplayır?
21.05.2018
Şəhid hərbçimiz Ağstafada dəfn olunub
21.05.2018
Gəncədə Dilqəm Əhmədin imza günü keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info