Trans yağlar və onların təhlükəsi
Tarix: 22.06.2019 | Saat: 16:38:00 | E-mail | Çapa göndər



Bütün yağlarda mənşəyindən asılı olmayaraq doymuş və doymamış yağ turşuları var. Yağların fiziki, kimyəvi və fizioloji xüsusiyyətləri ilk öncə tərkibindəki yağ turşularının növü və miqdarından asılıdır. İnsan orqanizmi üçün doymuş yağ turşularından daha xeyirli olan doymamış yağ turşuları əsasən bitki mənşəli yağların tərkibində çox olur.
Lakin bitki yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularındakı ikiqat rabitə hidrogenləşdirilir. Hidrogenləşdirmə metal katalizator iştirakında yağın qızdırılması yolu ilə həyata keçirilir. Hidrogenləşdirmə prosesi zamanı karbon zəncirindəki hidrogen atomları sis formadan trans formaya keçir, yağın ərimə temperaturu artır, maye halında olan yağ yarı qatı yaxud qatı hal alır ki, bu yağlara da trans yağlar deyilir. Yağ istehsalı zamanı 240 dərəcə və yuxarı temperaturlarda aparılan emal proseslərinin trans yağların əmələ gəlməsində böyük rolunun olduğu məlumdur. Hətta bişirmə prosesi zamanı qızartma yağlarında da trans yağları əmələ gəlir. Trans yağlar daha çox marqarin yağlarında, unlu qənnadı məmulatlarının hazırlanmasında və qızartma məqsədilə istifadə olunan yağların tərkibində mövcud olur. Məlumdur ki, sərt marqarinlərin tərkibində 10-35, yumşaq marqarinlərin tərkibində isə 8-8.9 faiz trans yağ olur. Trans yağlar biskvit, keks, çips, mayonez və buna bənzər bir çox qida məhsullarının və yağda qızardılmış hazır qidaların (fəst-fud) hazırlanmasında istifadə olunur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, gündəlik qida rasionunda trans yağların qəbulu müxtəlif xəstəliklərin əmələ gəlməsində böyük rol oynayır. Belə ki, trans yağlar ürək-damar xəstəliklərinin yaranmasına, maddələr mübadiləsinin pozulmasına və piylənməyə səbəb olur. Bundan əlavə, araşdırmalar göstərib ki, trans yağlar Altsqeymer, süd vəzi xərçəngi xəstəliklərini inkişaf etdirir, reproduktiv qabiliyyətə təsir edərək hər iki cinsdə sonsuzluq yaradır. Onun ana südü və immun sisteminə mənfi təsir etdiyi də araşdırmalar nəticəsində müəyyən edilib. Hətta ana südü vasitəsilə trans yağ turşularının anadan-körpəyə keçdiyi də sübut olunub.
Əvvəllər texnoloji üstünlükləri olduğu üçün tərkibində trans yağın miqdarı çox olan yağlar istehsal edilirdi. Lakin son zamanlarda trans yağ turşularının sağlamlıq üzərində təsirləri araşdırıldıqdan sonra yağların tərkibində onların miqdarının azaldılması prioritet məsələ olub. Bir çox dünya ölkələrində trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənir. Belə ki, hazırda Kanada və ABŞ-ın bəzi ştatlarında qida məhsullarının hazırlanmasında trans yağlardan istifadə qadağan edilib. Avropa İttifaqı və bir sıra digər ölkələrdə məhsulların tərkibində olan trans yağlar üçün ən yüksək hədd 2 faiz miqdarında təyin edilib. 2010-cu ilin əvvəllərində həmin ölkələrin nəzarətedici orqanları məhsullarda trans yağlarının miqdarının mütləq ölçülməsini və qablaşdırmanın üzərində qeyd olunmasını tələb edib.




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Fransanın 51 il əvvəl yox olan sualtı gəmisi tapıldı
23.07.2019
Zəhərli qarpızın əlamətləri
23.07.2019
Ölümdən 3 həftə əvvəl insan bu yuxuları görür
23.07.2019
Tallində ilk dəfə olaraq kiberdiplomatiya məktəbi açılıb
22.07.2019
Türkiyədə 92 yaşlı cütlük 26 dəqiqə fərqlə vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info