Online “reketlik” aktuallaşır
Tarix: 14.08.2013 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


|

Yaxud bir çox online xəbər saytlarının “offline” cəhətləri barəsində...

Ölkədə internetin sürətlə inkişafı çoxlu sayda saytların fəaliyyətə başlamasına səbəb olub. Bu sıradan xəbər saytlarının sürətlə artmasını xüsusilə qeyd etmək lazımdır. Amma o da məlumdur ki, bu online xəbər saytlarının “offline” cəhətləri olduqca çoxdur. Bu baxımdan ötən saylarımızda da dəfələrlə qeyd edilib ki, “tıklanmaq” üçün istənilən “biədəb” xəbərləri, videogörüntüləri, şəkilləri yerləşdirmək və sosial şəbəkələrdəyaymaqbu cür saytların çoxunun başında duranların sevimli məşğuliyyətinə çevrilib. Amma son zamanlar bu cür saytların fəaliyyətində başqa bir zərərli və təhlükəli tendensiya formalaşmağa başlayıb. Belə ki, bir çox saytlar faktiki olaraq “reket” kimi fəaliyyət göstərirlər. Bu barədə əslində çox yazılıb. Belə ki, bu cür saytların “reketlik” xarakteristikası bir neçə formada qeyd oluna bilər: Bunların bir qismi əvvəlcə qəzetlərdə “reket jurnalistika” ilə məşğul olanların indi “online reketliyə” keçməsindən formalaşıb. Digər qismi isə elə “jurnalist” fəaliyyətinə “onlinereketlik”lə start verənlərin fəaliyyətindən ortaya çıxıb. Daha təhlükəlisi odur ki, bir çox saytlar normal xəbər saytı görüntüsü altında əsl “reket”liklə məşğuldur. Bu cür saytların əsas manşet xəbərlərini hansısa icra hakimiyyəti, orta məktəb direktorunu gah pisləyib, gah tərifləməsinə həsr ertmələrindən də çox şey əyandır. Məsələ burasındadır ki, “online reketlik”lə bağlı çoxdan bildirilsə də, hələ də bu sahədə çoxlu problemlər qalır, sözügedən qurumlar bu sahəyə tam nəzarəti təmin edə bilməyiblər. İnternetlə bağlı Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra da bu sahədə bir sıra problemlər qalmaqdadır. Ona görə də bir sıra internet saytlarının “xəbər saytı” adı altında sırf “reketlik”lə məşğul olduğunu müşahidə etməkdəyik. Bu cür saytlar müvafiq qurumların diqqət mərkəzinə alınsa və onlarla bağlı effektiv tədbirlər görülsəydi, məqsədəuyğun olardı...
Mövzunu gələcəkdə də davam etdirəcəyik.




 
Müəllifin son yazıları

08.07.2014 Avtobus sürücüsündən ürkən turistlər...
16.12.2013 Vətəndaşlıq şüuru gücləndirilməlidir
01.11.2013 Ziyalı faciəsi…
14.10.2013 Sərdar Cəlaloğlu Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev kimiləri fakt qarşısında qoydu
19.09.2013 Eldar Namazov Rüstəm İbrahimbəyovu “baqaja qoydu”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info