Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
Tarix: 24.06.2019 | Saat: 13:18:00 | E-mail | Çapa göndər


Bir sıra dövlətlərin Cenevrə şəhərindəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzində olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli qonaqlara ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar, innovativ metodların tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. Bildirib ki, DOST layihəsi bu xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsinə imkan verir.
Diplomatlar pensiya, müavinət və təqaüdlər, məşğulluq, əmək münasibətləri, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olublar.
1 saylı DOST mərkəzinin direktoru Seymur Alıyev hər gün burada 500-ə yaxın vətəndaşa xidmət göstərildiyini qeyd edib, Mərkəzin iş prinsiplərini diqqətə çatdırıb. Burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət göstərilməsi prosesi barədə qonaqlara məlumat verilib.
Nümayəndə heyəti üçün Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimat edilib. Həmçinin DOST Agentliyinə dair videoçarxlar təqdim olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
26.01.2020
Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
25.01.2020
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb
25.01.2020
Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək
24.01.2020
Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info