Bosniya və Hersoqovinada Dağlıq Qarabağla bağlı tədbirlər keçirilib
Tarix: 24.06.2019 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) növbəti beynəlxalq layihəsinin icrasına başlayıb. “Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı təbliğati, beynəlxalq informasiya və ictimai dəstək xarakterli layihə 3 ay - 01 may – 01 avqust 2019-cu il müddətində əsasən, Bosniya və Hersoqovinada icra olunacaq. Bu haqda ADTGT-nın Mətbuat xidmətindən məlumat verilib.
Layihə çərçivəsində Balkan ölkələrinin siyasi dairələri, millət vəkilləri, hökumət strukturu təmsilçiləri, nüfuzlu QHT, KİV, sosial, internet media qurumları, akademik çevrələri, ekspert və araşdırmaçı mütəxəssisləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin real vəziyyəti, həqiqətləri, işğal və həll yolları haqda məlumatlandırılacaq, ölkəmizin ədaləti mövqeyinin, dünya ictimaiyyətinə yönələn sülh çağırış və təşəbbüslərinin dəstəklənməsi üçün Bosniya və Hersoqavinanın vətəndaş cəmiyyəti institutları, siyasət adamları, tanınmış şəxsləri və əcnəbi tərəfdaşları silsilə PR fəaliyyətlərinə cəlb olunacaqlar. Layihə, eyni zamanda hər iki ölkənin QHT sektorunun ikitərəfli və çoxtərəfli ictimai və mədəni-humanitar əməkdaşlığını özündə əks etdirəcəkdir.

Dağlıq Qarabağla bağlı tədbirlər çərçivəsində ADTGT Bosniya və Hersoqovinada rəsmi görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) icra etdiyi “Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində 19 iyun tarixində Bosniya və Hersoqovinada rəsmi görüşlərə başlayıb. ADTGT rəhbərliyi səfər çərçivəsində ilk olaraq Bosniya və Hersoqovinanın qurucu prezidenti mərhum Aliyə İzzetbeqoviçin muzeyi ilə yaxından tanış olublar, onun keçdiyi həyat və mübarizə yoluna nəzər salıblar, həmçinin nəvəsi Nada Berberoviç – Dizdareviç ilə maraqlı söhbət ediblər. Nəvəsi ilə iki ölkə arasında dostluğumuzu, mədəni əməkdaşlığımızı genişləndirmək üçün Bakıda baş tutacaq yeni layihə təklifini müzakirə ediblər.
Növbəti görüş Sarayevo Böyük Şəhər Bələdiyyəsində baş tutub. Heyət burada şəhər bələdiyyə başçısının müavini və digər rəhbər şəxslərin iştirakı ilə iki ölkə və paytaxtlar arasında mədəni-hümanitar əlaqələrin genişləndirilməsini geniş müzakirə ediblər. Həmçinin təşkilatın sədri Asif Əsgərli şəhər rəhbərliyinə burada Dağlıq Qarabağ mövzusunda keçirilən beynəlxalq konfrans haqında geniş məlumat verib.
Daha sonra Bosniya və Hersoqovina federal parlamentində millət vəkili – Boşnak qrupunun rəhbəri Jasmin Dubvnjakla səmərəli və geniş əhatəli görüş baş tutub. Millət vəkili Azərbaycana böyük sevgi və maraqlarının olduğunu diqqətə çatdırıb və Bosniya və Hersoqovina ilə ölkəmizin dostluq münasibətlərinə böyük önəm verdiyini dilə gətirib. O, 2013-cü ildə burada Xocalının soyqırımı kimi tanınmasında yaxından iştirak etdiyini və Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayıb. Parlamentdə keçirilən konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, uğurlar arzu edib. Yaxın zamanlarda Azərbaycana rəsmi səfər edəcəyini diqqətə çatdırıb.
Günün son görüşü Bosniya və Hersoqovina Həmkarlar İttifaqı Konfederasiyasının binasında baş tutub. Burada azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarının qeyd edən Konfederasiya rəhbərliyi yaxın gələcəkdə bu sahədə konkret addımlar atacaqlarını bildiriblər.
Digər görüşlərdə də Dağlıq Qarabağ münaqişəsi, həqiqətlər, beynəlxalq səviyyədə aparılan danışıqlar, Azərbaycanın ərazi bütövlüyü, ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi haqqında mütəmadi olaraq ictimaiyyət məlumatlandırılıb.

Bosniya və Hersoqovinada dünya birliyini Ermənistana qarşı ciddi tədbirlər görmək istiqamətində çağırışlar edilib

21 iyun tarixində Bosniya və Hersoqovinanın Nümayəndələr Palatasının konfrans zalında bu ölkədən olan millət vəkillərinin, hökumət rəsmilərinin, alim, ekspert, QHT və media təmsilçilərinin iştirakı ilə yüksək səviyyəli konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə açıq elan edən Bosniya və Hersoqovinadan olan moderator dr. Rizvan Haliloviç mövzu ilə bağlı qısa məlumat verib və sonra sözü yerli QHT rəhbəri Jasmin İmamoviçə verib. ADTGT ilə beş ildir davam edən əməkdaşlığını yüksək qiymətləndirən Jasmin İmamoviç Dağlıq Qarabağ mövzusunda istər Bakıda, istərsə də Sarayevoda həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Daha sonra geniş təqdimatla ADTGT sədri Asif Əsgərli məruzə edib. Dağlıq Qarabağ probleminin tarixi köklərini, gerçək səbəblərini, real vəziyyəti və Azərbaycanın haqlı ədalətli mövqeyini öz çıxışında ətraflı təqdim edən Asif Əsgərli münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini vurğulayaraq Ermənistan tərəfini beynəlxalq qanunlara əməl etməməkdə, 20 faiz torpaqlarımızı hələ də işğal altında saxladığını bildirib.
Sonra məruzə ətrafında Zenitsa Universitetinin hüquq professoru Dzcavad Dino Bosniya və Hersoqavinanın Rusiyadakı keçmiş səfiri prof. Ənvər Haliloviç, Sarayevo Universitetinin doktoru Enis Öməroviç və digər rəsmi qonaqlar və ekspertlər çıxış edərək Azərbaycanın ərazi bütövlüyünə, ədalətli mövqeyinə öz dəstəklərini ifadə edərək dünya birliyini Ermənistana qarşı ciddi tədbirlər görmək istiqamətində çağırışlar ediblər.
Konfrans müzakirələrlə yekunlaşıb və iştirakçılara ADTGT tərəfindən Dağlıq Qarabağ münaqişəsi və həqiqətlərinə dair çap və audio-vizual materiallar təqdim olunub.
Sonda konfransın adından erməni nasist cinayətkarı Qaragen Nicdeyə Bolqarıstanda abidə ucaldılmasına etiraz bəyanatı qəbul edilib və bu KİV-lərə yayımlanıb.

Təmas xəttində növbəti monitorinq keçiriləcək
Yeri gəlmişkən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 25-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnor keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika, Martin Şuster və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Bosshard keçirəcəklər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
18.07.2019
Baş Nazirin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini məlumatlandırıb
16.07.2019
Bakı və Brüsselin mövqeyi eynidir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilməlidir
15.07.2019
“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”
11.07.2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info