Azərbaycanda Cənubi Karolina Universitetinin kvalifikasiya diplomunu almaq mümkün olacaq
Tarix: 25.06.2019 | Saat: 07:16:00 | E-mail | Çapa göndər


Qərbi Kaspi Universiteti Fulbrayt proqramı çərçivəsində ABŞ-ın Cənubi Karolina Universiteti ilə əməkdaşlığa başlayır.
Universitetdən Trend-ə verilən məlumata görə, tərəflər arasında razılaşmaya əsasən menecment sahəsi üzrə birgə tədris prosesi Qərbi Kaspi Universitetinin bazasında təşkil olunacaq və bu layihədə Qərbi Kaspi Universitetinin, eləcə də digər universitetlərin tələbələri və istənilən ali təhsilli şəxslər iştirak edə biləcəklər.
Tədris proqramları 3 və 6 aylıq olmaqla davam edəcək və müvafiq istiqamətlər üzrə proqramı uğurla başa vuran şəxslərə Cənubi Karolina Universitetinin beynəlxalq səviyyədə tanınan Kvalifikasiya diplomu təqdim olunacaq.
Tədris proqramı əsasən Turizm menecmenti, otel idarəçiliyi, iaşə obyektlərinin idarə olunması, nəqliyyat xidmətlərinin göstərilməsi, onlayn ticarət, eləcə də İT və marketinq sahələrini əhatə edəcək.
Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır və cari ilin oktyabr ayında Cənubi Karolina Universitetinin Xidmət Menecmenti Mərkəzinin rəhbəri, professor Mark Rosenbaumun Bakıya səfəri və Qərbi Kaspi Universitetində müvafiq mərkəzin açılışı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Prezident Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib
25.05.2020
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
25.05.2020
Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir
24.05.2020
Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info