UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
Tarix: 25.06.2019 | Saat: 12:13:00 | E-mail | Çapa göndər


UNEC-də “Vahid tələbə kartı”nın təqdimatı keçirilib. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, “Mastercard” şirkətinin regional direktoru Süleyman Sözeri, bankın nümayəndələri və universitetin müvafiq strukturlarının rəhbərləri iştirak ediblər. Rektor Ədalət Muradov layihə ilə bağlı UNEC-də iki il öncədən hazırlıqlara başlanıldığını diqqətə çatdıraraq, UNEC-in Mərkəzi Bank tərəfindən layihənin tətbiqi məqsədilə pilot universitet kimi seçildiyi üçün bankın rəhbərliyinə təşəkkürünü bildirib. “Vahid tələbə kartı”nın üstünlüklərindən danışan Ə.Muradov bildirib ki, tələbələr eyni kartla təhsil müəssisəsinə və kitabxanaya giriş əldə etməklə yanaşı, təqaüdlərin alınmasında, nəqliyyatda, habelə ölkədaxili və xarici ticarət şəbəkələrində nağdsız ödənişlər apara biləcəklər.
Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev layihənin ilk dəfə məzunu olduğu Azərbaycan Dövlət İqtisad Universitetində tətbiqindən məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsinin son illər innovativ layihələri ilə ölkənin ən aparıcı ali təhsil müəssisələrindən biri olduğunu vurğulayıb. A.Quliyev Azərbaycan Prezidentinin 26 sentyabr tarixli fərmanı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın strateji istiqamətləri və icra tədbirləri barədə danışıb. Bildirib ki, Dövlət Proqramı çərçivəsində təsdiqlənən tədbirlər planına əsasən, təhsil müəssisələrinin nağdsız ödənişə cəlb olunması prioritet istiqamətlərdən biri kimi seçilib. A.Quliyev tələbələr arasında smart kartlardan istifadənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsinə və ölkədə rəqəmsal ödəniş mühitinin formalaşmasına dəstək olacağını vurğulayıb.
Sonra Mərkəzi Bankın strateji partnyoru, rəqəmsal ödənişlər sahəsində geniş təcrübəyə malik olan “Mastercard” şirkətinin regional direktoru Süleyman Sözeri vahid tələbə kartları ilə bağlı təqdimatla çıxış edib. Şirkət rəsmisi qonşu dövlətlərin tətbiq etdiyi tələbə smart kartları və bu istiqamətdə beynəlxalq təcrübəni paylaşıb.
Təqdimatdan sonra təkliflər səsləndirilib və suallar cavablandırılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Gömrük Akademiyasında semestr daxili imtahanlar onlayn qaydada keçirilir
23.05.2020
Gömrük Akademiyasının tələbələri üçün sınaq onlayn imtahan keçirilib
23.05.2020
UNEC-də MBA proqramında 3 yeni ixtisas üzrə qəbul aparılacaq
23.05.2020
ATMU-da növbəti virtual konfrans beynəlxalq iqtisadi münasibətlərin prioritetinə həsr olunub
23.05.2020
Koronavirusa həsr olunmuş tədqiqatlarla bağlı onlayn konfransa tezis qəbulu davam edir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 Qiyməli pendirli yemək resepti -VİDEO
5 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info