Nəsimi Rayon İcra Hakimiyyəti tədbir keçirib
Tarix: 25.06.2019 | Saat: 12:59:00 | E-mail | Çapa göndər


26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin qəsəbəsindəki «N» saylı hərbi hissəsində bayram tədbiri təşkil olunub. Qonaqlar orada xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış oldu, əsgərimizlə söhbətlər ediblər.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinın başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi – psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. 2016-cı ilin aprel döyüşlərində ordumuzun əks-hücum əməliyyatı zamanı düşmənə sarsıdıcı zərbələri dediklərimizin bir daha təsdiqidir. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcəkdir.
Sonra xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Bayram tədbiri Şahin İsmayılovun ifasında səslənən vətənpərvərlik mahnıları, həmçinin 2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin gənc üzvlərinin ifaları və rəngarəng rəqsləri ilə davam edib.
Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti tədbirin təşkilinə görə Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

Nigar





 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Azərbaycanda 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi
28.05.2020
Bakı Limanı Respublika günü ilə əlaqədar maraqlı aksiya həyata keçirib - VİDEO
28.05.2020
Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib - VİDEO
27.05.2020
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 2 nəfər öldü
27.05.2020
Salyandakı mərkəzi kitabxanada 250 ildən çox yaşı olan iki Qurani-Kərim kitabı saxlanılır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info