Qubada Qafqaz xalqlarının rəqs festivalı
Tarix: 25.06.2019 | Saat: 13:40:00 | E-mail | Çapa göndər


Qubadakı Yaşıl Teatrda "Alovlu Qafqaz" III Folklor Rəqs Festivalının açılışı olub. Festivalda Gürcüstanın və Rusiyanın Qafqaz respublikalarından, həmçinin Azərbaycanın müxtəlif bölgələrindən olan rəqs qrupları iştirak edib. Bu barədə Qafqaz TV xəbər yayıb. Festivaldan əvvəl ulu öndər Heydər Əliyev adına parkda yaradıcılıq sərgisi və festival iştirakçılarının paradı olub.
Festivalda Gürcüstan, Rusiyanın Şimali Osetiya–Alaniya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarını, eləcə də Azərbaycanın müxtəlif uşaq- gənclər inkişaf mərkəzlərini təmsil edən kollektivlər izləyicilərə təqdim olunub. Təqdimatdan sonra "Alovlu Qafqaz" adı altında keçirilən yaradıcılıq sərgisində fərqlənən respublikanın müxtəlif rayonlarından gələn Uşaq Gənclər İnkişaf mərkəzlərinin nümayəndələri və tələbələr fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Festivalın açılışında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək festivalın işinə uğurlar arzulayıb. Bildirib ki, mədəniyyət və incəsənət xalqlar arasında əlaqələrin qurulmasının, dostluq əlaqələrinin formalaşmasının və ünsiyyətin ən mühüm metodudur.
Sonrakı çıxışlarda bildirilib ki, festival ölkəmizin tarixi irsi, mədəniyyəti, milli adət-ənənələri, xalq yaradıcılığı və folklorunu dərindən öyrənmək, mədəni irsi uşaq və gənclər arasında daha da geniş təbliğ etmək, rəqslərimizi müasir tələblər səviyyəsində tanıtmaq, xoreoqrafiya sənətini daha da inkişaf etdirmək, eyni zamanda, ölkəmizə gələn festival iştirakçılarına Azərbaycanı tanıtmaq məqsədi ilə təşkil olunur.
Bakı, Quba, Xaçmaz, Goranboy, Şabran, Qazax, İsmayıllı, Lənkəran uşaq- gənclər inkişaf mərkəzlərinin, eləcə də Gürcüstan və Rusiyanı təmsil edən rəqs və yaradıcılıq kollektivlərinin bir-birindən maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Onu da qeyd edə ki, Təhsil Nazirliyinin dəstəyi və Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə keçirilən festivala ümumilikdə 700-dən çox uşaq və gənc qatılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Azərbaycanda daha 168 nəfər COVİD-19-a yoluxub, 5 nəfər vəfat edib
31.05.2020
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü
31.05.2020
Bu gündən restoran, kafe və çay evləri müştərilərə saat 22:00-dək xidmət göstərəcək
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
29.05.2020
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info