Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
Tarix: 25.06.2019 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclərin inteqrasiya və fəallığa təşviqi” festivalının növbəti ünvanı Quba şəhəri olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 25-də Quba şəhərindəki Gənclər Mərkəzində keçirilən festivalda yeniyetmələr və gənclər arasında müxtəlif intellektual oyunlar, əyləncəli yarışlar təşkil olunub. Məqsəd qaçqın və məcburi köçkün ailələrdən olan gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların ictimai fəallığını artırmaqdır. Festivalda məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi üçün mühüm tədbirlər görür. Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllini diqqətdə saxlayır. Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov tədbirdə geniş təqdimatla çıxış edib. O, məcburi köçkünlərə Fondun fəaliyyət istiqamətləri, gənclər üçün yaradılan imkanlar və onların faydalana biləcəyi proqramlar haqqında ətraflı məlumat verib.
Xatırladaq ki, festival bundan əvvəl Bakı, Gəncə, Abşeron və Biləsuvarda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrdə təşkil olunub.




 
Bölməyə aid digər xəbərlər
24.05.2020
Baş prokurorun yeni müavinləri
23.05.2020
Binəqədi rayonunda Ramazan bayramı ərəfəsində sosial aksiya keçirildi
23.05.2020
“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata
23.05.2020
Ödənişli ictimai işlərin təşkilinə nəzarət tədbirləri görülür
23.05.2020
“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info