Nəsimiyə həsr olunmuş sənədli filmin regionlarda və paytaxtda təqdimatı keçiriləcək
Tarix: 25.06.2019 | Saat: 14:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən "İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihə həyata keçirilir.
2019-cu ildə isə Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə, bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.
Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin prioritet istiqamətlərindən biri “aktiv vətəndaşlıq”dır və bu istiqamət çərçivəsində birlik ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin icrasına töhfə verməyə, icrası aktuallıq kəsb mövzularla bağlı gənclərin maariflənməsinə xidmət etməkdədir. Bu səbəblə də 2019-cu ilin “Nəsili ili” elan olunmasını əsas tutaraq cari layihə həyata keçirilir. Layihə çərçivəsində «İKİ ALƏMDƏ VARIM...» adlı, Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndirilmiş audio kitabı hazırlanıb. Qısa zaman sonra audio kitab internet resursları vasitəsilə geniş ictimaiyyətə təqdim olunacaq. Həmçinin Nəsiminin həyat və yaradıcılığına aid faktları özündə əks etdirən, azərbaycan və ingilis dilində kitabça hazırlanıb. Bu istiqamətdə müxtəlif Nəsimişünas alimlərlə görüşlər, məsləhətləşmələr keçirilib. Bununla yanaşı Nəsiminin şəxsiyyətini, onun dünya və Azərbaycan ədəbiyyatında rolunu izah edən sənədli film çəkilib. Gələcəkdə filmdə ingilis və türk dillərində alt yazılar da yer alacaq ki, bu da xarici ölkələrdə təbliğat aləti kimi istifadə olunsun.
27 iyun tarixindən etibarən sənədli filmin və ümumilikdə layihə çərçivəsində hazırlanan maarifləndirici vasitələrin təqdimat mərasimləri baş tutacaq. Beləki 27 iyun saat 11:00-da Gəncə şəhərində YAP Gəncə Şəhər Təşkilatında, 28 iyun, saat 11:00 Şəmkir Gənclərin İnkişafı və Karyera Mərkəzində, 16:00-da isə Qazax Gənclərin İnkişafı və Karyera Mərkəzində, 29 iyun saat 11:00-da Mingəçevir Gənclər Evində təqdimatlar baş tutacaq.
Bakı şəhərində isə Qaradağ Gənclər Evində (5 iyul, 11:00-da), Binəqədi Gənclər Evində (5 iyul, 16:00-da), Xəzər Gənclər Evində (9 iyul, 11:00-da), Sabunçu Gənclər Evində (9 iyul, 16:00-da) və Suraxanı Gənclər Evində (10 iyul, 11:00-da) təqdimatlar keçiriləcək. Təqdimatlarda ümumilikdə 1000 nəfər gəncin iştirakı gözlənilir.
Bağlanış tədbiri isə 12 iyul Bakı Konqres Mərkəzində təntənəli şəkildə baş tutatacaqdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Masallıda onlayn kino aylığı keçirildi
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyinə poçt markası buraxılıb
30.05.2020
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info