“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
Tarix: 25.06.2019 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


26 İyun “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü” ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi, “Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə “Loqos” un rəhbəri Təranə Məmmədova, Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ülviyyə Usubova, Binəqədi Rayon Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsinin əməkdaşı Ruslan Həsənov və gənclər iştirak ediblər.
Əvvəlcə tədbiri Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin “İctimaiyyətlə Əlaqələr şöbəsi” nin rəhbəri Amal Əsgərov açaraq tədbirin proqramı haqqında geniş məlumat verib.
Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hazırlanan “Çalış ki, Narkotikə Hədəf Olmayasan” video çarxı nümayiş edilib.
Daha sonra çıxış edənlər “Loqos” un rəhbəri Təranə Məmmədova, Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ülviyyə Usubova, Binəqədi Rayon Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsinin əməkdaşı Ruslan Həsənov bildiriblər ki, bu cür tədbirlərin keçirilmə məqsədi gənclərin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya və zorakılığa qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaqdır. Çıxışlardan sonra “Loqos” un psixoloqu Könül Cəfərova mövzu əsasında geniş təqdimat edib. Sonda mövzu əsasında gənclərin sualları cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info