Mühacirlər “ağalarının” sifarişlərini yerinə yetirirlər
Tarix: 25.06.2019 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Son illər xaricdə yaşayan bir qrup mühacirin Azərbaycan əleyhinə kampaniyalar aparması daha çox müşahidə edilir. Əgər əvvəlki illərdə Azərbaycanda oturub öz ölkələri əleyhinə fəaliyyət göstərən ənənəvi müxalifət nümayəndələri bu kampaniyalarda aktiv idilərsə, indi onların yerini yeni şəbəkə-söyüşcül dəstə tuta bilib. Çünki sosiallıq insanların həyatına aktiv şəkildə daxil ola bildi, sosial şəbəkələr xaricdəki Anti-Azərbaycan dairələr üçün ölkəmiz əleyhinə təbliğat meydanına çevrildi.
Məsələnin ən pis tərəfi isə budur ki, bu yeni müxalif qüvvələr-bir qrup mühacir yalnız Azərbaycan hakimiyyəti və ya dövləti əleyhinə deyil, milli-mənəvi dəyərlərimiz, ziyalılarımız, ayrı-ayrı məmurlar və ümumilikdə, bütöv bir cəmiyyətə qarşı ardıcıl şəkildə kampaniyalar aparırlar. Bu anti-milli şəbəkənin üzvləri elə son dövrlərdə də sosial şəbəkələrdə daim aktiv görünməyə çalışırlar. Çünki asılı olduqları “ağaları” bunu tələb edir, əks- təqdirdə müəyyən məqsədlər üçün ayrılan vəsaitlər kəsilə bilər. Digər ağrılı məqam isə odur ki, özlərini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verən bu şəxslərin içərisində elələri var ki, nəinki demokratik dəyərlərdən, siyasətin əlifbasından xəbəri yoxdur, heç etiket qaydalarına riayət etmir, ən aşağı formada mübarizə üsulu seçərək gecə-gündüz söyüş dolu sözlərlə çağırışlar səsləndirirlər. Təbii ki, bu da insanlar arasında qıcıq yaradır. Sosial şəbəkə istifadəçisi olan hər kəs istəməsə belə, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Vidadi İsgəndərli və digərlərinin anormal videogörüntülərini, söyüşlərlə müşaiyət olunan küçə çəkilişlərini görür. Yəni sosial şəbəkələrin verdiyi bəzi imkanlardan istifadə edən bu dəstənin üzvləri bu cür metodlarla insanlarda hakimiyyətə qarşı aqressiya yaratmağa çalışırlar, gənclərin beyinlərini zəhərləməyə cəhdlər edirlər...
Əslində isə bir balaca bu adamların anormal fəaliyyətlərini araşdırıb analiz etdikdə onların hansı çirkli pullar, erməni mənbələrə bağlı olan təşkilatlardan ayrılan maliyyələr hesabına, hansı qaranlıq dairələrdən gələn tapşırıqlarla hərəkət etdiklərini sezmək olur. Məsələn, bu şəbəkənin aktiv üzvlərindən olan Tural Sadıqlının “Facebook”da idarə etdiy səhifəsində daha bir anormal video yayımlanıb. Belə ki, beş nəfər mühacir Avropa Parlamentinin Strasburqdakı binası qarşısında, əllərində müxtəlif plakatlar tutaraq, Azərbaycan əleyhinə şüarlar səsləndiriblər. Cəmi beş nəfərdən ibarət olan bu etirazçılara başçılıq edən isə Vidadi İsgəndərli olub. Psixoloji cəhətdən problem yaşadığı hiss olunan bu adam artıq neçənci dəfədir ki, öz ölkəsi əleyhinə bu cür kampaniya təşkil edir və ya belə aksiyalar olanda aktiv şəkildə burada təmsil olunur. Ümumiyyətlə, dəfələrlə olub ki, özünü xalqın “qəhrəmanı” kimi göstərməyə çalışan, ədalət carçısı olduğunu deyən Vidadi İsgəndərli qrantlar hesabına belə fəaliyyətlərə qol qoyub. Lakin onun “YouTube”də olan əksər videolarında məmurlarımıza qarşı kəskin çağırışları, söyüş və təhqir dolu fikirləri cəmiyyətimiz tərəfindən də ciddi qınaq obyekti olub. Gah hakimiyyətə vaxt verdiyini bəyan edən, gah da, guya tezliklə Azərbaycanda inqilab edəcəklərini deyərək, qışqır-bağır salan bu adamın Azərbaycan cəmiyyətində heç vaxt zərrə qədər də olsa hörməti olmayacaq. Əlbəttə, tənqid etmək, əyri-əskikləri açıb göstərmək olar. Bu normal haldır və istənilən demokratik ölkə üçün adi bir fəaliyyətdir. Amma gedib sığındıqları Avropa dəyərlərində belə, qəbul edilməyən şəxsiyyətin təhqir edilməsi, siyasətdə söyüş elementlərindən geninə-boluna istifadə edilməsinin adı nə demokratiyadır, nə də başqa zad... Bu mənada, qırıq-qırıq, natamam, rabitəsiz cümlələr işlədib, qışqıraraq əsəbi fikirlər səsləndirməklə, söyüşlər söyməklə video çəkib paylaşmaq, Vidadi İsgəndərli üçün də elə o şəbəkəyə daxil olan digər mühacirlər üçün də yanlış addım, yanlış seçim idi. Məhz son anormal aksiyalarında da bir daha göstərdilər ki, “hüquq müdafiəçisi” donuna girmiş Vidadi İsgəndərli və onun kimi digər qrant aşiqlərinin yalnız bir məqsədi var ki, o da Avropada diqqət mərkəzində olan mühüm binaların, səfirliklərimizin qarşısında, beynəlxalq tədbirlər keçirilən məkanlarda qışqır-bağır salmaqla, anormal şüarlar səsləndirib plakatlar qaldırmaqla Azərbaycanın adını batırmaq, özlərinə Vətən dedikləri bir ölkəni nüfuzdan salmaqdır... Təbii ki, bütün bunlar da təmənnasız edilmir. Ən çox qışqır-bağır salana, daha çox söyüş söyənə, aksiyalarda fəallıq göstərib küçə səviyyəsində videolar çəkib paylaşana, müxtəlif adlarla videokanallar, səhifələr açıb dezinformasiya yayana çirkli pullardan daha çox qrantlar ayrılır. Belə olmasaydı, Avropanın bu şəhərindən batıb digərindən rahat şəkildə çıxan, aksiyalara üzübağlı şəxsləri cəlb edərək onlara pul verib, əllərində plakat tutduran bu mühacirlər öz anormal kampaniyalarından usanardılar. Maliyyə var ki, bütün bu işləri rahatlıqla görürlər, aviabiletlər alır, hətta yeri gələndə gedib ABŞ-da belə aksiyalara, tədbirlərə qoşulurlar. Qısası, nə fəaliyyətlərində, nə də fikirlərində səmimi olmayan bu şəbəkənin üzvləri danışdıqca daha çox batırlar, ən azından isə söyüşü siyasətə gətirdiklərinə görə isə xalq onları bağışlamayacaq!

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info