“Türk dünyası” beşcildliyi qazax dilində işıq üzü görüb
Tarix: 25.06.2019 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan parlamentinin deputatı, siyasi elmlər doktoru Cavanşir Feyziyevin “Türk dünyası” beşcildliyinin qazax dilində nəşrinin təqdimatı keçirilib.
Təqdimat mərasimində Azərbaycan, ABŞ, Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan və digər ölkələrdən nüfuzlu alimlər, dövlət xadimləri və diplomatlar iştirak edib.
BTA prezidenti Darxan Kıdırali bildirib ki, Türk dünyasında türk sivilizasiyası, mədəniyyəti, elmi, dövlətçilik tarixi, hərb sənəti və s. haqqında əhatəli bir kitabın ərsəyə gəlməsi çox əhəmiyyətli hadisədir. "Türk dünyası" kitabı türk dünyası ilə bağlı əsas fakt, mövzu və problemləri əhatə etməklə zəngin informasiya qaynağı təqdim edir. Nəşr müasir türk dünyası haqqında müfəssəl elmi mənzərə və təsəvvür formalaşdırır. Təhlil olunan bütün faktların, hadisə və proseslərin inkişaf qanunauyğunluqlarının, dinamikasının öyrənilməsi müasir humanitar elmlər üçün də aktuallıq kəsb edir. Kitabın ən önəmli cəhəti sadə, anlaşıqlı dildə olması, elmi-publisistik üslubda yazılmasıdır. Bu nəşrin daha geniş kütlələrə xitab etməsinə imkan yaradır.
Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə olunan və nəfis tərtibatda işıq üzü görən kitab "Türk sivilizasiyasının təməl dəyərləri", "Türk xalqları", "Türk dövlətçiliyi tarixi", "Türkşünaslıq" və "Türk dünyasının tarixi şəxsiyyətləri" adlı 5 cilddən ibarətdir.
Kitablarda türk sivilizasiyasının təməl dəyərləri, türk dilləri, türk tarixi və mədəniyyəti, diplomatiyası, həyat tərzi, adət-ənənələri, dünyagörüşü və türklərin müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir. Eyni zamanda, digər cildlərdə türk etnocoğrafiyası, qədim türk boyları, türk dövlətləri və imperiyaları, müasir dövrdə türkdilli dövlətlərin təşkilatlanma və inteqrasiya prosesləri, türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, habelə, türk dünyasının görkəmli şəxsiyyətləri barədə ətraflı məlumatlarla tanış olmaq mümkündür.

Fuad




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Masallıda onlayn kino aylığı keçirildi
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyinə poçt markası buraxılıb
30.05.2020
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info