Meliorasiya və Su Təsərrüfatının sədr müavinləri vətəndaşları qəbul ediblər
Tarix: 25.06.2019 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 25-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Salyan rayonunda, Rafiq Aslanov isə Hacıqabul rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər.
ASC-dən bildirilib ki, müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi və müxtəlif məsələləri əhatə edib.
Sədr müavini Zakir Quliyev Salyan rayonunda keçirdiyi qəbulda 13, sədr müavini Rafiq Aslanov isə Hacıqabulda 14 vətəndaşı qəbul edib.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə məsul işçilərə müvafiq tapşırıqlar veriblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll edilib, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb
30.09.2020
Ağır itkilər verən düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə acizdir
26.09.2020
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 Xalqımızın halal haqqı
2 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
3 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
4 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
5 Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 22 nəfər ölüb -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info