İrana qarşı yeni sanksiya dalğası
Tarix: 25.06.2019 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Rusiya XİN: “Yeni sanksiyalar vəziyyəti ağırlaşdıracaq. İyunun 28-də Vyanada təşkil edilməsi planlaşdırılan toplantı çətin şərtlər altında keçiriləcək”


ABŞ prezidenti Donald Tramp İran lideri Ayətullah Əli Xamneyini də nəzərdə tutan İrana qarşı yeni sanksiyalara dair prezident fərmanını imzalayıb. Donald Tramp Oval Ofisdə keçirdiyi mətbuat konfransında İranın ABŞ-a aid pilotsuz uçan aparatı (PUA) vurmasından sonra sözügedən sanksiyaların qaçılmaz olduğunu söyləyib. Bir çox səlahiyyətli şəxslə birlikdə İran liderini də hədəf alan çox güclü sanksiyaları nəzərdə tutan fərman imzaladığını bildirən Tramp deyib: “Bu addımımız bizə aid pilotsuz uçan aparatın vurulması da daxil olmaqla, son həftələrdə İranın bir sıra davranışının nəticəsidir. İranla və ya başqa bir ölkə ilə münaqişəyə girmək istəmirik. Lakin onu deyə bilərəm ki, İranın nüvə silahının olmasına yol verə bilmərik". Tramp İran İnqilab Keşikçiləri Qvardiyasının yüksək səviyyəli bəzi şəxslərini də sanksiya siyahısına əlavə etdiklərini açıqlayıb. Trampdan sonra Ağ Evdə kameraların qarşısına keçən ABŞ xəzinə naziri Stiven Mnuçin İran xarici işlər naziri Cavad Zərifin də bu həftə ərzində ABŞ tərəfindən sanksiya siyahısına əlavə olunacağını bildirib. Qeyd edək ki, ABŞ vətəndaşlarının böyük əksəriyyəti İranla müharibənin əleyhinədir. BBC telekanalı xəbər verir ki, aparılan sorğunun nəticələrinə görə, amerikalıların 19 faizi İrana raket zərbəsi vurulmasının, cəmi 5 faizi isə rəsmən müharibə elan edilməsinin tərəfdarıdır. “Hill-HarrisX” təşkilatının vətəndaşlar arasında keçirdiyi rəy sorğusunda respondentlərin 58 faizi Prezident Donald Trampın İranla bağlı qeyri-hərbi tədbirlər görməsinin zəruriliyini bildirib. Onların 20 faizi isə ABŞ-ın hərbi vasitələrdən istifadə edəcəyinə şübhə ilə yanaşdıqlarını qeyd ediblər. Aparılan rəy sorğusunda raket zərbələri və ya müharibə tərəfdarlarının 31 faizinin Respublikaçıların, cəmi 16 faizinin isə Demokratların tərəfdarları olduğu bildirilir. Sonuncuların üçdəikisi ABŞ dronunun İran tərəfindən vurulmasına cavab olaraq dinc təzyiq vasitələrindən istifadə edilməsinin vacibliyini qeyd edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi həftəlik mətbuat konfransında gündəmdə duran məsələlərdən danışıb. Musəvi ABŞ dövlət katibi Mayk Pompeonun "İrana qarşı qlobal koalisiya yaratmağın ilk addımı" kimi səciyyələndirdiyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri səfəri ilə bağlı deyib: "Koalisiya yaratmaq üçün atılan addımlar yeni deyil və yaratdıqları ittifaqlar da uğursuz olmuşdur". İranın 15 ölkə ilə qonşu olduğunu xatırladan və onlara qarşı koalisiya yaratmağın çətinliyinə diqqət çəkən Musəvi son sanksiyaları düşmənçilik və iqtisadi terrorizm kimi dəyərləndirib. Regionda gərginliyi artırmağı istəmədiklərini və təzyiqin azaldılmasını məmnuniyyətlə qarşılayacaqlarını dilə gətirən Musəvi region ölkələri ilə də dialoqa hazır olduqlarını qeyd edib. Nüvə müqaviləsinin davam etməsinin bütün tərəflərin öhdəliklərini yerinə yetirməsindən asılı olduğunu söyləyən Musəvi ABŞ-ın çəkilməsindən sonra müqavilədə qalan ölkələrin bu beynəlxalq nailiyyətin əldən getməsinə icazə verməyəcəklərini vəd etdiklərini vurğulayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Körfəzi və Suriyadakı vəziyyətin çox təhlükəli hal aldığını bildirib. Lavrov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Misirin xarici işlər naziri Samih Şükrü və bu ölkənin müdafiə naziri Məhəmməd Zəki ilə Moskvada görüşüblər. Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Sergey Lavrov Amerika Birləşmiş Ştatları ilə İsrailin İrana qarşı mövqeyini qiymətləndirib. Lavrov Rusiyanın İran Körfəzində təhlükəsizliyin təmin olunması məsələsində İran və ərəb dövlətləri arasındakı dialoqu dəstəklədiyini dilə gətirib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, ABŞ-ın İrana qarşı yeni sanksiyaları vəziyyəti ağırlaşdıracaq. Ryabkov iyunun 28-də Vyanada keçirilməsi planlaşdırılan toplantının çətin şərtlər altında keçiriləcəyini bildirib.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
ABŞ Braziliyada olan əcnəbilərə girişi bağlayıb
25.05.2020
Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər
24.05.2020
Putin mənim yenidən prezident seçilməyimi istəmir
24.05.2020
Müsəlmanlar 2020-ci ildə Ramazan bayramını necə qarşıladılar?
24.05.2020
Türkiyə bütün İslam aləminə “Ramazan bayramınız mübarək” dedi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info