Azərbaycanın yerləşdiyi bölgədə müxtəlif dövlətlərin maraqları toqquşur
Tarix: 25.06.2019 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Terror və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir. Dünyanın bir çox ölkələrində din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır. Hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib.
Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 25-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda regional konfransda səsləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıb.
Azərbaycanın dünyanın çox həssas bir bölgəsində yerləşdiyini bildirən Komitə sədri qeyd edib ki, bu bölgədə müxtəlif dünya dövlətlərinin maraqları üz-üzə gəlir, toqquşur.
Müasir dünyanın özünəməxsus çağırışları olduğunu diqqətə çatdıran M.Qurbanlı bildirib ki, həmin çağırışlarla bağlı BMT dünyanın 20-dək problemini müəyyən edib. Onların içərisində demoqrafiya, ekologiya, nüvə müharibəsi təhlükəsi, müxtəlif sağalmaz xəstəliklərin yayılması, su çatışmazlığı, iqlim dəyişkənliyi ilə bağlı və digər problemlər ön sıralarda yer alır. Terrorizm və onun törətdiyi fəlakətlər də dünyanı narahat edən xüsusi problemlər sırasındadır.
Bütün dövrlərdə terrorun olduğunu bildirən Komitə sədri vurğulayıb ki, indi terrorun da mahiyyəti dəyişib və terror müxtəlif formalarda təzahür edir:
"Müasir terror orta əsrlərin terrorundan kəskin şəkildə fərqlənir. Müasir terror texnoloji nailiyyətlərdən yararlanır. Terror təhlükəsinin dünya problemləri, çağırışları içərisində yer tutması dinlə əlaqədar məsələləri də gündəmə gətirir. Çünki dindən həmin terror təşkilatlarında ideoloji vasitə kimi istifadə olunur. Biz bunu Yaxın Şərq ölkələrində, o cümlədən qeyri-islam ölkələrində görməkdəyik".
Bildirilib ki, indi terror törədilməsi zamanı hər hansı bir sosial ideya deyil, dini amil ortaya çıxır və bu amildən istifadə edərək kütləvi terror qırğınları törədilir. Bu terror hadisələri yalnız müsəlman ölkələrində deyil, digər ölkələrdə də baş verir. Ayrı-ayrı ölkələrdə bu terror əməlləri dindaxili deyil, dinlərarası terror kimi təzahür edir. Din amilindən terror vasitəsi kimi istifadə olunur.

İslam dinindən terrorda istifadədə bir neçə məqsədin güdüldüyünü vurğulayan Komitə sədri deyib: " Bu məqsədlərdən biri İslam daxilindəki məzhəblərarası qarşıdurmanı dərinləşdirməklə gənc nəsildə bir-birinə qarşı nifrət hissi oyatmaq və son nəticədə həmin İslam dövlətində bu məzhəblərarası qarşıdurmadan istifadə edərək ölkəni zəiflətmək, çökdürmək və dağıtmaqdır".
Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan M.Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib:
"Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir".




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
26.02.2020
“Şənbə günündən hər şey normala dönəcək”
26.02.2020
“Xocalı soyqırımının çox dəqiq və aydın siyasi məqsədi olub“
26.02.2020
“Xocalı hadisəsini törədənlər məsuliyyətə cəlb olunmalıdır“
26.02.2020
“Biz Fransa və Almaniya deyil, İranın iştirak edəcəyi bir format düşünürük“

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11455

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info