ABŞ-ın Monterey şəhərinin nümayəndə heyəti Lənkəranda olub
Tarix: 25.06.2019 | Saat: 22:30:00 | E-mail | Çapa göndər



Lənkəranla qardaşlaşma əlaqələrini uğurla davam etdirən ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin bələdiyyə Şurasının üzvü Allan Haffa və Monterey-Lənkəran Dostluq Cəmiyyətinin sədri Nensi Selfricdən ibarət nümayəndə heyəti Lənkərana səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ABŞ-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin getdikcə möhkəmlənməsindən razılıq ifadə olunaraq bu əlaqələr çərçivəsində Lənkəran və Monterey şəhərlərinin qardaşlaşmasının hər iki ölkənin xalqlarının daha da yaxınlaşmasına və sıx ünsiyyət qurmasına töhfə verdiyi vurğulanıb.
Lənkəran şəhərinin tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə qonaqlara məlumat verən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov son illər rayonda aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr, istifadəyə verilən yeni obyektlər, turizm infrastrukturu, asfalt yollar, körpülər, xüsusilə kənd təsərrüfatının, o cümlədən çayçılıq, çəltikçilik, sitrusçuluq və baramaçılıq sahələrinin sürətli inkişafından danışıb.
Səmimi qəbula görə minnətdarlıqlarını bildirən qonaqlar Lənkəranla qardaşlıq əlaqələrinin bundan sonra da dərinləşməsi istiqamətində çalışacaqlarını bildiriblər.
Amerikalı qonaqlar səfər çərçivəsində Heydər Əliyev Xatirə Parkında, Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində, İstisu Müalicə İstirahət Mərkəzində, “Palıdlı sahil” İstirahət Mərkəzində, Lənkəran Dövlət Universitetində, Lənkəran Xalça Fabrikində, “Yaşıl çay” fermer təsərrüfatında olub, Hirkan Milli Parkında, Xanbulan dəryaçasında, Milli Qəhrəmanı Əsgər Əliyev adına Parkda Lənkəranla qardaşlaşmış şəhərlərin şərəfinə əkilmiş dəmir ağacına və xatirə lövhəsinə baxıblar.
Amerikalı qonaqlar, həmçinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə də görüşüblər.
Səfər çərçivəsində Montereyli qonaqların Lənkəran Olimpiya İdman Kompleksi, “Hallobonq” sitrus bağı, “Cənub Aqro” MMC-nin çəltik zavodu, “Green East” MMC-nin çəltik plantasiyası, “Nağıl” uşaq bağçası, “Mandarin” uşaq əyləncə mərkəzi, Lənkəran çay fabriki, Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanışlıqları nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər
26.02.2020
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
26.02.2020
Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
26.02.2020
Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb
26.02.2020
Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Hakan Şükür: “Peşmanam” – Video
4 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO
5 Referendum Paşinyanın sonu ola bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info