Sədərəkdə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
Tarix: 27.06.2019 | Saat: 12:37:00 | E-mail | Çapa göndər



“Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü ,döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir”

İlham Əliyev

Respublikamızın hər yerində olduğu kimi Azərbaycanın ən ucqar nöqtələrindən biri olan “Qeyrət qalası” adlandırılan Sədərək rayonunun N saylı hərbi hissəsində 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə tədbir baş tutub. Tədbir Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimovun təşkilatçılığı ilə keçirilib. İgid əsgərlərimizi təbrik edən İcra Hakimiyyəti başçısının müavini Mahirə Adnayeva Silahlı Qüvvələrin yaranmasının 101-ci ildönümü münasibətilə zabit və əsgərləri təbrik edərək, onlara göstərilən dövlət qayğısından danışıb, işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasını arzu edib. Tədbirdə Naxçıvan MR Ali Məclisinin deputatı Vüsalə Əliyeva, müəllimlər, Mədəniyyət Evinin işçiləri, Musiqi məktəbinin “Yallı” rəqs qrupu iştirak edib. Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin ilk hərbi hissəsini təsis etdiyi gün- 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Həmin fərmanın verilməsi günündən indiyədək Azərbaycan Ordusu daim inkişaf edib, dünyada 52-ci yeri tutub. Bununla bağlı Prezident İlham Əliyev deyib: “Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan silah- sursat alınır. Bir sözlə, biz bu işi ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək”.

Natiq Əliyev




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info