Nəsimi Rayon İcra Hakimiyyəti Silahlı Qüvvələri Gününü qeyd edib
Tarix: 27.06.2019 | Saat: 14:04:00 | E-mail | Çapa göndər


26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsində olmuş, cəbhə bölgəsində xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olmuş, əsgərimizlə söhbətlər aparmış, sonra bayram günü münasibəti ilə böyük tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinın başçısı Asif Əsgərov 26 iyun- Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələri döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi - psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Son illər Azərbaycan Silahlı Qüvvələri hərbi potensialını artırıb, ən müasir silah-sursat, texnika ilə təmin olunub. Natiq qeyd etmişdir ki, son dövrdə bütün cəbhə boyu gedən döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələri və rayonun orta məktəb şagirdlərinin əsgərlərə ünvanladıqları məktublar şəxsi heyətə təqdim edilmiş, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr günü ərəfəsində tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Bayram tədbiri zamanı gənc əsgərlərin iştirakı ilə nümunəvi çıxışlar və flaşmoblar tamaşaçılara təqdim olunmuşdur. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. Konsertdə iştirak edən 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin gənc üzvləri əsgərlərimizlə birlikdə rəqslər etmişlər.
Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti tədbirin təşkilinə görə Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20.02.2020
IDEA təşkilatının “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulub
20.02.2020
Masallıda “Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu“ mövzusunda seminar-treninq keçirilib
20.02.2020
Astara rayonunda 2019-cu ilin nəticələri müzakirə olunub
19.02.2020
Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info