Rusiya açıqladı: S-400-ləri Türkiyəyə təhvil verməyə 99 faiz hazırıq
Tarix: 27.06.2019 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


“Rosoboroneksport”un rəhbəri: “Hazırda logistika ilə bağlı işləri yekunlaşdırırıq. İstehsaldakı çətinliklər baxımından yanaşsaq, təhvilvermə prosesini rekord vaxtda başa çatdıracağıq”


Rusiya dövlət müdafiə sənaye şirkəti olan “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeev Moskvada jurnaldsitlərə verdiyi açıqlamada deyib ki, silah ixracında ödəmələrlə bağlı bu ildən yeni qaydalar tətbiq etməyə başlayıblar. Anadolu Agentliyi xəbər verir ki, ödəmələrdə beynəlxalq pul vahidlərindən istifadəyə keçdiklərini deyən “Rosoboroneksport”un rəhbəri “SWIFT” sistemi və dollardan istifadə etməyəcəklərini deyib: “Beynəlxalq pul vahidlərindən istifadə edəcəyik. Bu səbəbdən müqavilələrin reallaşdırılması bir az zəifləyib. Bu il təxminən 13 milyard dollar civarında gəlir əldə etməyi planlaşdırırıq”. Rusiya dövlət müdafiə sənaye şirkətinin rəhbəri Türkiyənin aldığı S-400 raket müdafiə sistemlərinə də toxunub: “Sistemləri təhvil verməyə 99 faiz hazırıq. Artıq iyul ayından S-400 sistemlərini Türkiyəyə təhvil verməyə başlayacağıq. Hazırda nəqliyyat-logistika ilə bağlı işləri yekunlaşdırırıq. İstehsaldakı çətinliklər baxımından yanaşsaq, təhvilvermə prosesini rekord vaxtda başa çatdıracağıq”.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
Referendum Paşinyanın sonu ola bilər
24.02.2020
Rus auditorlar Türkiyə üzərində uçuş reallaşdıracaqlar
23.02.2020
Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
23.02.2020
Hulusi Akar vǝ Sergey Şoyqu arasında telefon danışığı olub
21.02.2020
“Paşinyan beynəlxalq aləmdə Ermənistanı rüsvay edir”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info