Azərbaycanda narkotizmə qarşı mübarizə gücləndirilib
Tarix: 27.06.2019 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


1987-ci ildən etibarən BMT-nin Baş Assambleyasının qərarı əsasında 26 iyun bütün dünyada Narkomaniya və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Vətəndaş Cəmiyyəti şəbəkəsində ölkəmizin yeganə təmsilçisi olan Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (NQMTO) tərəfindən hər il olduğu kimi bu il də bu beynəlxalq gün ərəfəsində Azərbaycanda narkotiklərlə bağlı vəziyyət haqqında növbəti illik hesabat hazırlanmışdır. NQMTO-nun rəhbəri Məzahir Əfəndiyev həmin hesabat barədə redaksiyamıza açıqlamasında bunları bildirmişdir:
–Hesabatda 2018-ci il ərzində ölkəmizdə narkotiklərə qarşı mübarizə sahəsində görülmüş işlər barədə ətraflı analitik və statistik məlumatlar verilmişdir.
2018-ci ildə Səhiyyə Nazirliyi tərəfindən verilən məlumatlara əsasən ölkəmizdə 31432 nəfər narkoman rəsmi qeydiyyata alınmışdır. Onlardan 26 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatındadır. 2017-ci ilin (30 131 nəfər) statistikası ilə müqayisədə, narkomanların sayında artım halı müşahidə olunmuşdur (1301 nəfər).
Eyni zamanda, 2018-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 1995 nəfər olmuşdur. 2018-ci il ərzində penitensiar müəssisələrdə yerləşdirilən şəxslər arasında məhkəmələr tərəfindən 2881 məcburi xarakterli tibbi tədbirlər təyin edilmiş narkoloji xəstə-məhkum olmuşdur ki, bunların 2830 nəfəri narkomaniyadan, 46 nəfəri alkoqolizmdən, 5 nəfəri isə həm narkomiyadan, həm də alkoqolizmdən müalicə təyin edilmiş şəxslərdir.
Cəmiyyətimizdə narkomaniyanın “cavanlaşdığını” görmək üçün sadəcə yaş həddinə diqqət etmək kifayətdir. Belə ki, 2018-ci ildə narkotik istifadəçiləri arasında əsas üstünlüyü 25-45 yaş arası şəxslər təşkil etmişdir.
Digər bir diqqətəlayiq göstərici ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən bu mübarizəyə verilmiş töhfədir. Belə ki, ümumilikdə 2018-ci il ərzində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən 2 ton 553 kiloqram 570,976 qram müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Onların arasında ağır zəhərli maddə sayılan heroinin miqdarı 1 ton 219 kiloqram 802 qramdır.
Narkotik probleminin və ona qarşı mübarizənin hal-hazırda qlobal inkişaf gündəliyinin əsasını təşkil edən 17 Davamlı İnkişaf Məqsədlərinin bir çoxu ilə bağlılığını nəzərə alaraq, hesabatda bu sahələr arasında əlaqənin təhlili verilmişdir.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi hər zaman narko-istifadəçilərə qarşı liberal siyasətin həyata keçirilməsini, cəmiyyətdə narkomana qarşı aqressiv yanaşılmamasını, narkomanların cəmiyyətə qayıtmasına yardım edilməsini, onlara cinayətkar kimi deyil, xəstə insan kimi yanaşılmasını təklif edir, yeni düşüncənin, yeni mübarizə metodlarının tətbiq edilməsini dəstəkləyir və milli səviyyədə təbliğat işlərinin mərkəzləşdirilmiş qaydada icra olunmasını məqsədəuyğun sayır.





 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər
26.02.2020
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
26.02.2020
Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
26.02.2020
Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb
26.02.2020
Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info