Elvin Babayev: “Bu artımlar Azərbaycanda elm və təhsilə marağı daha da gücləndirəcək”
Tarix: 27.06.2019 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


“Dövlət bütün aztəminatlı ailələrin əsas dayağıdır”


Bütün demokratik ölkələrdə olduğu kimi, sosial sahənin inkişafı, hər bir vətəndaşın sosial müdafiəsi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri sayılır. Təqdirəlayiq haldır ki, ölkənin dinamik iqtisadi inkişafı sosial sahəyə də təsirsiz ötüşməyib. Azərbaycan iqtisadiyyatında həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi inkişafI təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. İqtisadi inkişaf sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünyada təcrübədən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. Bu gün dönüb arxaya, çox da uzun olmayan müstəqillik tariximizə nəzər salanda ölkəmizin, həqiqətən də, böyük sosial inkişaf yolu keçdiyini aydın görmək olar.
Azərbaycan dövlətinin ali məqsədi öz vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaqdır. Əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi dövlətin apardığı sosial siyasətin başlıca istiqamətidir. Bu baxımdan əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, Prezidentin fərman və sərəncamları, beynəlxalq öhdəliklər bir sıra islahatların keçirilməsi zərurətini yaradıb. Bu gün mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının sosial-iqtisadi mühitinə uyğunlaşdırmaqla yenidən qurulması, o cümlədən, pensiya sistemində beynəlxalq normalara və Avropa təcrübəsinə əsaslanan islahatın aparılması - özünü maliyyələşdirən sığorta-pensiya sisteminin qurulması-dövlətin sosial siyasətinin strateji xətti kimi müəyyənləşdirilmişdir. Bu baxımdan, insanların yaxşı yaşaması üçün bütün lazımi tədbirlərin görüldüyünü deyən ölkə başçısının sözlərinə görə, ilk növbədə elə olunmalıdır ki, inflyasiyanın səviyyəsi aşağı düşsün.
Son günlər dövlətin bu istiqamətdə atdığı addımlar daha da intensivləşib. Belə ki, Azərbaycan Respublikasında əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədilə, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə cari ildə Azərbaycanda minimum əməkhaqqı 92.3 faiz artırılıb. Dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında cari ilin oktyabrın 1-dən pensiyanın minimum məbləği 25 faiz artırılır. Ümumilikdə, 660 min nəfəri əhatə edəcək pensiya artımı üçün illik əlavə olaraq 216 milyon manat ayrılacaq. Bununla da minimum pensiya 160 manatdan 200 manata çatdırılıb. Prezidentin qanunvericilik təşəbbüsləri nəticəsində 2019-cu ildə Azərbaycanda minimum pensiya artımı 72.4 faiz artırılıb. Dövlət başçısının 18 iyun 2019-cu il tarixli sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların minimum əməkhaqqı 40 faiz artırılıb. Ümumilikdə, 950 min nəfəri əhatə edəcək artım üçün dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılacaq. Prezidentin digər müvafiq sərəncamı ilə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqları orta hesabla 20 faiz artırılıb. Qeyd edək ki, bu artımlar sentyabrın 1-dən qüvvəyə minəcək. Əlbəttə, məqsəd təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaqdır. İqtisadiyyat üzrə ekspert Elvin Babayev bizimlə söhbətində ölkə Prezidentinin bu sərəncamlarını çox yüksək qiymətləndirdi: “Biz istərdik ki, bu artımlar mütəmadi olsun. İstər müəllimlər, istər təlim fəaliyyəti ilə məşğul olan işçilər üçün bu artımlar çox vacibdir. Xüsusilə bazar iqtisadiyyatı şəraitində yaşadığımız bir vaxtda, həqiqətən, dövlətin bu təbəqələrə diqqəti yüksək olmalıdır. Sevindirici haldır ki, artıq bu, ənənə halı alıb”.
Elvin Babayev dedi ki, bu artımlar Azərbaycanda elm və təhsilə marağı daha da gücləndirəcək: “Ölkəmizdə əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas məqsədi kimi müəyyən olunub və bu siyasət artıq bir neçə ildir ki, Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Nəticədə ölkəmizin aztəminatlı təbəqəsinə dövlət qayğısı ilbəil artır. Artıq bu bir həqiqətdir ki, dövlət bütün aztəminatlı ailələrin əsas dayağıdır. 18 iyunda Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar bunun bariz nümunəsidir. Bu gün Azərbaycan hakimiyyətinin sosial sahədə həyata keçirdiyi uğurlu siyasət, aparılan islahatlar, nəticə etibarilə, bütün təbəqələrdən olan vətəndaşların sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Azərbaycan iqtisadiyyatının sürətli və dinamik inkişafı yaxın illərdə vətəndaşların sosial rifahının daha da güclənəcəyi barədə nikbin proqnozlar verməyə tam əsas verir”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Səttar Mehbalıyev: “Jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb”
22.07.2019
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?
22.07.2019
KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info