Ermənistana xarici sərmayə qoyuluşu 10 dəfə azalıb
Tarix: 27.06.2019 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


“Kölgə iqtisadiyyatı”, real rəqabət mühitinin, sərmayəçilər üçün güzəştlərin olmaması iqtisadiyyata xarici sərmayələrin cəlb olunmasının qarşısını alan amillərdəndir

Xəbər verildiyi kimi, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yenidən həbs edilib. Xatırladaq ki, bu ilin mayında Ermənistan Baş Prokurorluğunun bütün etirazlarına baxmayaraq, ölkənin Apelyasiya Məhkəməsi girov qarşılığında onu zaminə buraxmışdı. Lakin Apelyasiya Məhkəməsi ödənilmiş girovun geri qaytarılaraq, Koçaryanın yenidən həbs edilməsi barədə qərar qəbul edib.
Təbii ki, Ermənistan hökumətinin bu qərarı yenidən Moskva tərəfindən o qədər də yaxşı qarşılanmayıb: «…Şübhəsiz ki, Ermənistanın ikinci prezidentini həbs etmək qərarı Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək. Əslində, bununla bağlı Rusiya öz mövqeyini heç vaxt gizlətməyib»
Bu fikirləri rusiyalı politoloq Stanislav Tarasov, Robert Koçaryanın
yenidən həbsi ilə bağlı ermənilərin «1in.am» saytına danışarkən bildirib.
Rusiyalı politoloqun fikrincə, Koçaryanı həbs etməeklə, Ermənistanın vəziyyəti yaxşılaşmayacaq: «…Bu gün erməni baş nazir Paşinyanın yürütdüyü siyasət problemlidir. Məsələ bundadır ki, Nikolun inqilabçı hökuməti gələcəyə baxmaq əvəzinə, nədənsə, davamlı olaraq geri baxır. Vəziyyəti nəzərə almaq lazımdır. Paşinyan gələcəkdə onun özünün də eyni ittihamla mühakimə oluna biləcəyini, nədənsə, unudur. Əslində bu, ölkə üçün çox pis bir presedentdir».
Tarasov Moskvada Ermənistanın yeni hakimiyyətindən ölkəni demokratik və mədəni hala gətirəcəklərini gözlədikləri halda, Paşinyanın belə bir addım atmasının başadüşülməz olduğunu bildirib: «Ermənistan Konstitusiyasına görə, prezident toxunulmazdır və hər kəs bu qaydaya riayət etməlidir. Nədənsə, başqa ölkələrdə buna riayət edildiyi halda, Ermənistanın bu qanuna biganəliyi təəccüb doğurur. Məhz, bəlkə də elə bunun nəticəsidir ki, artıq Moskvada İrəvana qarşı mənfi münasibət artmaqdadır».

Məsələyə öz şəxsi «Facebook» səhifəsində münasibət bildirən erməni politoloq Stepan Danielyan: «…Xüsusi halları nəzərə alsaq, Nikolun maraqları ümumi maraqlardan daha vacibdir»-deyə bildirib.
Danielyan bu gün Ermənistanda hökumət və ya dövlətin maraqlarının vacib olması ilə bağlı ritorik bir sualla çıxış edərkən, qərarların həmişə hakimiyyət orqanları tərəfindən qəbul edildiyini önə çəkərək, elə vacibliyi də ona verir. Bu gün Ermənistandakı yaşayış tərzini anlamaqda çətinlik çəkən Danielyan maraqlı bir nümunə də gətirir. Məsələn, onun fikrincə, bu gün əsas gücü əlində cəmləşdirən Paşinyanın sabah ata biləcəyi hər hansı bir addımla bağlı nəinki erməni əhalisi, hətta Nikolun ətrafı da məlumatsızdır: «…Təsəvvür edin ki, bu gün Ermənistan avtobusa yerləşdirilmiş sərnişindir ki, onun getdiyi yeri yalnız sürücü bilir».
Bəlkə də elə bunun nəticəsidir ki, Ermənistanın yeni rəhbərliyinin verdiyi vədlərlə ölkə hələ də yerində saymaqdadır. Nümunə üçün, Ermənistanın Statistika Komitəsinin son hesabatında yer alan və yerli erməni KİV-lərində əksini tapan faktlara müraciət edək. Həmin faktlara istinad edən erməni saytları yazır ki, 2019-cu ilin ilk rübündə Ermənistan iqtisadiyyatına xarici sərmayə qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə on dəfədən çox azalıb. Rəqəmlərə əsasən, 2019-cu ildə birbaşa sərmayələrin həcmi 37 milyard dram da aşağı enib. Əgər 2018-ci ilin birinci rübündə bu göstərici 40 milyard dramdan çox idisə, cari ilin müvafiq dövründə cəmi 3 milyard 317 milyon olub.
Erməni iqtisadçılarının sözlərinə görə, bu kəskin azalmanın səbəblərindən biri Amulsar qızıl mədəninin fəaliyyətinin dayanması olubsa, əsas səbəb Ermənistanda “məxməri inqilab”dan bir il sonra davam edən qeyri-sabitlik və vergi sistemindəki uyğunsuzluqlardır. Onların sözlərinə görə, xarici sərmayəçilər ölkədəki daxili siyasi vəziyyətə çox həssas yanaşırlar. Bundan başqa, “kölgə iqtisadiyyatı”, real rəqabət mühitinin, sərmayəçilər üçün güzəştlərin olmaması da iqtisadiyyata xarici sərmayələrin cəlb olunmasının qarşısını alan amillərdir. Eyni zamanda, müxtəlif vaxtlarda verilən vədlərə baxmayaraq, hökumət hələ də azad iqtisadi zonaların yaradılması üzrə heç bir konkret addım atmayıb. Ən başlıcası isə baş nazir Nikol Paşinyanın da qeyd etdiyi kimi, Ermənistanda müstəqil məhkəmə sisteminin yoxluğu da bu məsələdə mənfi amillərdən birinə çevrilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Zəlzələdən yox, “Metsamor”dan qorxun!
13.08.2020
Rusiyada son sutkada 124 nəfər koronavirusdan ölüb
12.08.2020
Rusiyada bu sahədə çalışanları işsizlik gözləyir
12.08.2020
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
12.08.2020
Ermənistanda son sutkada 201 nəfər COVID-19-a yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info