Cəmiyyət qeyri-etik insanları qəbul etmir
Tarix: 27.06.2019 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Son zamanlar sosial şəbəkələrin “qara yarası”na çevrilmiş bir qrup mühacir və müxalifəti təmsil edən bəzi aktivistlərin çəkib yaydıqları qeyri-etik videolar, söyüş, dezinformasiya dolu statuslar cəmiyyətimizi daha çox narahat etməyə başlayıb. Əvvəllər insanlar bu təxribatçı qüvvələrin əlaltısına çevrilmiş şəxslərə fikir verməsələr də, ilbəil artan anti-təbliğatlar insanlarımızda qıcıq yaratmağa başlayıb. Əslində, ənənəvi müxalifətin- qrant yolunda rəqib olmaları səbəbindən- bu söyüşcül dəstənin üzvlərini dəstəkləməyəcəyi, onlarla əlbir olmayacağı proqnozlaşdırılsa da son vaxtlar hər iki qrupun dostlaşması onların eyni səviyyədə olduğunu bir daha göstərdi. Məsələn, Əli Kərimlinin media təbliğatçısı olan və cəbhəçilərin də tez-tez öyündüyü Qənimət Zahid iyunun 26-da “YouTube” kanalında küçə siyasəti ilə məşğul olan Məhəmməd Mirzəlini müsahib kimi seçərək, həmsöhbət olub. Hətta veriliş boyu, cəmiyyətimizdə qıcıq yaradan bu gənci dolayısı ilə tərifləyib, göyə qaldırmaqdan çəkinməyən Qənimət Zahid söyüş ritorikasını kimin başlamasını da müzakirəyə çıxarıb. Sual yaranır, bəs Qənimət Zahid nə üçün bu mövzunu müzakirəyə çıxarıb, bu söyüşcül dəstənin üzvünü cəmiyyətə “süddən çıxmış ağ qaşıq” kimi təqdim edir? Veriliş boyu hakimiyyətə qarşı söyüş işlətmədiyini deyərək, yalan danışan Məhəmməd Mirzəli, ümumiyyətlə, müxalifətdə ciddi fiqur da sayılmır axı... Ən əsası isə indiyə kimi müxalifətçilərin ünvanına hakimiyyət nümayəndələri tərəfindən söyüşlərin səsləndirilmədiyi hər kəsə gün kimi aydındır. O da hər kəsə bəllidir ki, söyüş ritorikası, təxminin iki olar ki, müxalifət tərəfindən başlanıb və bu işdə də həmin bu gənc mühacirlər aktiv iştirak etdilər. Əgər onların bu söyüş dolu videopaylaşımları, aksiya və statuslarına sonradan kimlərsə adekvat cavab verirsə, burada hakimiyyətin nə günahı? Bu, vətəndaş mövqeyi də ola bilər, kimlərsə haqsızlığı qəbul etməyərək, etiket qaydalarına əməl etməyən bu adamları virtual aləmdə bu formada cəzalandırmaq istəyə bilər. Necə ki, Əli Kərimli, Cəmil Həsənli və digərlərinin keçmişi haqqında sosial şəbəkələrdə nə isə şərh yazılmasına cəbhəçilər, müxalifətçilər kəskin, təhqir dolu sözlərlə cavab verirlər, dövlətimiz, hakimiyyət əleyhinə olan təhqirlərə də vətəndaşlar arasından cavab verənlər olmalı idi. Amma bu işdə aktivliyin mühacirlər tərəfindən göstərilməsi və bunun məhz müxalifətin başlaması dəqiqdir. Məhəmməd Mirzəli Qənimət Zahidlə söhbətində cəmiyyətdə çaşqınlıq yaratmaq üçün anormal məlumatlar da yaymağa çalışdı ki, Əli Kərimlinin mediadakı sağ əli də bundan guya heyrətləndiyini gizlətmədi. Guya hakimiyyətin içindən Məhəmməd Mirzəlinin əməllərinə haqq qazandıranlar, ona məlumat ötürənlər var. Əvvəla, sən müxalifət adına o qədər cılız, kiçik fiqursan ki, hətta belə bir “informator” olsa belə, öz məlumatını səninlə bölüşməzdi. İkincisi, bu, özünü qiymətə qaldırmaq, insanların gözündə ciddi fiqur kimi təqdim etmək üçün sənin uğursuz taktiki gedişin idi. Guya sən xaricdə o qədər tanınmış və önəmli birisən ki, sənin düşmənlərindən belə, sənə simpatiya bəsləyənlər var? Üçüncüsü isə indiyə kimi sən hansı mühüm məlumatlar yaymısan axı? Son dövrlərdəki fəaliyyətinə baxanda yalnız dezolar, insanlarda çaşqınlıq yaratmağa hesablanmış, əsası olmayan məlumatlar, uydurma iddialar səsləndirdiyini görürük. Qənimət Zahid də öz ampluasında qalır, verilişi boyu öz həmkarı Tural Sadıqlı adlı mühacir dostunu belə, söyməklə yadda qalmış bu gənci dağın başına qaldırmağa çalışır. Bütün bunlar, əlbəttə, insanda ikrah hissi oyadır. Başqa ölkələrin müxalif gəncləri, təcrübəli müxalifətçiləri hansı strategiya, mübarizə üsulu seçirlər, bizimkilər hansını... Əlbəttə, Qənimət Zahidlər, Məhəmməd Mirzəlilər hər zaman olublar. Bu gün də onların sosial şəbəkələr vasitəsilə qrantlar əldə edib, yalandan cəmiyyətin xilaskarı, həqiqət carçısı, “qəhrəman” kimi görsənməyə çalışmaları yalnız həyat təcrübəsi olmayan gənclər üçün inandırıcı ola bilər. Çünki gənc nəsil ənənəvi müxalifətin son qalıqları olan Əli Kərimlini, Yunuslar ailəsini və digər sosial şəbəkə qəhrəmanlarını dərindən tanımır. Elə yeni formalaşan söyüşcül dəstənin üzvləri haqqında da dərin məlumatlara malik deyillər. Buna görə də gənclərin beyinlərini zəhərləməyə hesablanmış dezinformasiyalar, aqressiv paylaşımlar və söyüşün “müqəddəsləşdirilməsi” prinsipi, strategiyası sosial şəbəkələrdə hələ ki, az effekt verir. Bu da xalqın, insanlarımızın müdrikliyindən, proseslərə doğru-düzgün yanaşmasından xəbər verir. Nə Məhəmməd Mirzəlini bu xalqa, gənclərə qəhrəman kimi sırıya biləcəksiniz, nə də öz müxalif “kumirlərinizi”, lider dediyiniz partiya rəhbərliyinə yapışıb qalan yalançı demokratlarınızı...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info