Quba-Xınalıq yolu leysan nəticəsində bağlanıb
Tarix: 27.06.2019 | Saat: 22:29:00 | E-mail | Çapa göndər



İyunun 27-də Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra yaranan sel Quba-Xınalıq yolunu bağlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağlardan gələn qaya parçaları və palçıq kütləsi suötürücü qurğuları bağladığından sel suları yolun hərəkət hissəsini basıb. Bu səbəbdən Xınalıq kəndinə gedən yol iki saat müddətində avtomobillərin hərəkəti üçün bağlı qalıb.
Günün ikinci yarısında başlayan leysan yağışı bir-neçə saat davam edib. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnika cəlb olunub.
Sahə rəisi Bilal Sultanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Xınalıq və həmin istiqamətdə yerləşən digər 6 kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Leysan yağışı kəsildiyindən yola axan suyun həcmi də azalıb. Amma suötürücü qurğular tutulduğundan sel suları yolun hərəkət hissəsi ilə axmaqda davam edir. Çətinlik yolun 36-39-cu kilometrlik hissəsində müşahidə olunur.
Güclü leysan yağışından sonra yaranan sel Quba rayonunun Qonaqkənd-Xaltan yolunda da fəsadlar törədib.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info