“Yenə o bağ olaydı” adlı səyyar sərgi
Tarix: 28.06.2019 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Yenə o bağ olaydı” adlı səyyar sərginin açılışı olub.
“Yarat” Müasir İncəsənət Məkanının təqdim etdiyi sərgi Azərbaycanın əbədiyaşar şairi Mikayıl Müşfiqin ən məşhur “Yenə o bağ olaydı” şeirinin adı ilə təşkil olunub. Sərgini “Yarat” Müasir İncəsənət Məkanının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Hökümə Kərimova açıb. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Vəfa Abbasova iştirakçıları salamlayıb və bu kimi sərgilərin keçirilməsinin daima Şəhər İcra Hakimiyyəti tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
“Yarat” Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva çıxış edərək şəhər rəhbərliyinə və bütün sərgi iştirakçılara öz minnətdarlığını bildirdi.
Sonra sərginin kuratoru Anna Fech sərgi haqqında ətraflı məlumat verdi.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə gənc rəssamlar – Nəzrin Məmmədovanın, Vüsalə Ağarazıyevanın, Mousa Bəyzadə, Günay Əliyevanın, Etibar İsmayılovun əsərləri nümayiş etdirilib.
Qeyd edək ki, sərgi cari ilin sentyabr ayının 20-dək davam edəcəkdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info