“Dovşanın ad günü”nə hazırlaşanlar
Tarix: 28.06.2019 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası bu teatr mövsümünə də premyera ilə yekun vuracaq. Belə ki, iyulun 3-də (saat 12.00) teatrda “Dovşanın ad günü” adlı uşaq tamaşasının nümayişi olacaq. Tamaşa Azərbaycanın məşhur uşaq yazarı, balacalar üçün yazılan onlarla şeir, poema və səhnə əsərinin müəllifi Xanımana Əlibəylinin 100 illiyi münasibətilə səhnələşdirilib.
Müəllifin eyniadlı əsəri əsasında hazırlanan əsəri səhnələşdirən studiyanın bədii rəhbəri Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruuluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, xoreoqrafı Ramiz Qəmbərov, rejissor assistenti Gülər Məlikovadır.
Uşaqlara dostluq, sədaqət, dürüstlük və ən əsası sevgi, humanizm aşılayan birhissəli tamaşada rolları studiyanın istedadlı yetirmələri Aysu və Uğur Cəbrayılovlar, İbrahim Laçın, İnci Mustafalı, Mələk İsabalasoy, Vüsal Davudlu, Tuncay Bəxtiyarov, Ömər Akın, Adil Əlizadə, Hüseyn Quliyev, Nəzrin Süleymanlı və İlqar İbrahimli ifa edirlər.
Xeyriyyə məqsədli tamaşada BMT-nin Azərbaycan nümayəndəliyinin xətti ilə ölkəmizdə yaşayan suriyalı qaçqın uşaqlar, UAFA təşkilatında qeydiyyatda olan daun va autizm sindromlu balacalar da iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info