Fondun Müşahidə Şurası 25 ictimai-siyasi qəzetə maliyyə yardımı ayırıb
Tarix: 28.06.2019 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Şuranın sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq bildirib ki, gündəlikdə Fondun 2019-cu ilin II yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi məsələsi dayanır.
Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə iyunun 4-dən 27-dək davam edib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 26 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib.
V.Səfərli həmçinin, bildirib ki, müsabiqəyə sənəd təqdim edən 25 ictimai-siyasi qəzet indiyə qədər də maliyyə yardımı müsabiqələrində iştirak edib və Fond tərəfindən maliyyələşdirilib. Müsabiqədə yeni iştirak edən "Nedelya" qəzetinin sənədlərində çatışmazlıqlar olduğundan, qəzetə maliyyə yardımının ayrılması məqsədəuyğun hesab edilmir.
İcraçı direktor həmçinin bildirib ki, 2019-cu ilin II rübündə olduğu kimi, ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edilir.
Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə maliyyələşdirilməsi məqsədəuyğun sayılıb.
Müşahidə Şurasının üzvləri bu yanaşmanı qəzetlərin mənafeyinə tamamilə cavab verən optimal yanaşma kimi dəyərləndiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Əvəz Rüstəmov və Ayaz Mirzəyev Fondun maliyyə yardımının ictimai-siyasi qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda sənədləri tələb olunan şərtlərə cavab verən 25 ictimai-siyasi (gündəlik, günaşırı və həftəlik) qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib (Siyahı aşağıdakı cədvəldə təqdim olunur).
2019-cu ilin II yarısı üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlərin siyahısı

I kateqoriya - Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

Qəzetin adı Ayrılmış aylıq vəsait
(manatla)


"Bakı-Xəbər” qəzeti 20000
"Kaspi” qəzeti 20000
"Yeni Müsavat” qəzeti 20000
"Səs” qəzeti 20000
"Yeni Azərbaycan” qəzeti 20000
"Mövqe” qəzeti 20000
“Kaspiy” qəzeti 20000

II kateqoriya - Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

Qəzetin adı Ayrılmış aylıq vəsait
(manatla)


"Həftə içi” qəzeti 10000
"Novoye Vremya” qəzeti 10000
"Azernews” qəzeti 10000
"525-ci qəzet” 10000
"Xalq Cəbhəsi” qəzeti 10000
"Paralel” qəzeti 10000
"Hürriyyət" 10000
"Olaylar” qəzeti 10000
"Palitra” qəzeti 10000
"Ədalət” qəzeti 10000
"Üç nöqtə” qəzeti 10000
"Azad Azərbaycan” qəzeti 10000
"Şərq” qəzeti 10000

III kateqoriya - Həftəlik ictimai-siyasi qəzetlər

Qəzetin adı Ayrılmış aylıq vəsait
(manatla)

"Oxu məni” qəzeti 5000
"Unikal" qəzeti 5000
“Hərbi And” qəzeti 5000
"Türküstan" qəzeti 5000
"The Business Times” qəzeti 5000




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info