Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupunun ilk iclası keçirilib
Tarix: 28.06.2019 | Saat: 19:48:00 | E-mail | Çapa göndər



Bakı şəhərinin Baş planının hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən formalaşdırılmış qurumlarası İşçi Qrupunun ilk iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, İşçi Qrupunun ilk iclasına Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev rəhbərlik edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri S.Nuriyev bildirib ki, Bakının Baş planının aparıcı beynəlxalq təcrübəyə uyğun olaraq iki mərhələdə hazırlanması prosesi sürətlə davam etdirilir. Birinci mərhələdə beynəlxalq strateji məsləhətçi “BCG” şirkətinin dəstəyi ilə komitə tərəfindən hazırlanmış Bakının İnkişaf Konsepsiyası və şəhərin müəyyən edilmiş inkişaf prioritetləri hazırda reallaşdırılan 2-ci mərhələdə görülən işlərin əsasını təşkil edir. Bakının Baş planının hazırlanması işi keçirilmiş açıq beynəlxalq tenderin qalibi Almaniyada yerləşən “AS+P” nüfuzlu beynəlxalq şəhərsalma və memarlıq şirkətinə, habelə şikətin yerli tərəfdaş qismində əməkdaşlığa cəlb etdiyi “BakıDövlətLayihə” İnstitutuna həvalə edilib.
S.Nuriyev qeyd edib ki, dünya təcrübəsinə əsasən, Bakı kimi iri şəhərlərin Baş planlarının işlənməsinə 3-4 il vaxt ayrılsa da, Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Sədr vurğulayıb ki, bu məsuliyyətli və şərəfli vəzifəni müəyyən olunmuş müddətdə və müvafiq keyfiyyət standartlarına uyğun olaraq yerinə yetirmək məqsədilə aidiyyəti dövlət qurumlarının formalaşmış İşçi Qrupu formatında səmərəli əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir: “Baş planın hazırlanması işinin uğurunda İşçi Qrupunun səmərəli fəaliyyətinin, o cümlədən müvafiq məlumatların işlənməsində dəqiqliyin və çevikliyin böyük payı olacaq. Bununla yanaşı, İşçi Qrupunda təmsil olunan bütün qurumları Baş plana daxil ediləcək strateji layihələrlə bağlı təkliflər irəli sürməyə dəvət edirik. Strateji layihələr Bakının müəyyən olunmuş 4 əsas inkişaf prioritetləri çərçivəsində hazırlanaraq Baş planın reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək.”
Daha sonra “BCG” məsləhətçi şirkətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri İşçi Qrupunun iş prinsipləri, növbəti müddət ərzində fəaliyyətinin plan-qrafiki, strateji layihələrə dair təkliflərin hazırlanması formatı, habelə Bakının 4 əsas inkişaf prioritetləri barədə ətraflı təqdimatlarla çıxış ediblər.
Qeyd olunub ki, sözügedən inkişaf prioritetlərinə davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması, şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi, milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi, şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçidi daxildir.
Çıxışların ardınca mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iclas iştirakçılarının sualları cavablandırılıb.
Bir çox nazirliklərin, dövlət komitələrinin və digər aidiyyəti qurumların rəhbərlik və ekspert səviyyəsində təmsil olunduğu İşçi Qrupunda ümumilikdə 38 təşkilatın 100-ə yaxın nümayəndəsi var.
Qeyd edək ki, İşçi Qrupunun yaradılmasında məqsəd Prezident İlham Əliyevin göstərişi əsasında komitə tərəfindən paytaxtın Baş planının hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsi və əlaqələndirilməsidir.




 
Bölməyə aid digər xəbərlər
05.07.2020
Azərbaycanda daha 523 nəfərdə COVID-19 aşkarlanıb, 9 nəfər vəfat edib
04.07.2020
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxub, 471 nəfər sağalıb
03.07.2020
Ramin Bayramlı: Naxçıvanda indiyə kimi 142 yoluxma aşkarlanıb, 126 nəfər sağalıb, 11 nəfər vəfat edib
03.07.2020
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü
02.07.2020
Bütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
3 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
4 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir
5 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info