Füzulidə 100 min tondan artıq taxıl tədarük edilib
Tarix: 28.06.2019 | Saat: 23:13:00 | E-mail | Çapa göndər



Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2019-cu il üçün rayon ərazisində 36 min 964 hektarda taxıl səpini həyata keçirilib. Zəmilərin 28 min 459 hektarı buğda, 8505 hektarı isə arpadır. Bu günədək 33 min 710 hektarda - arpa zəmilərinin hamısında, buğda sahələrinin isə 25 min 205 hektarında biçin aparılıb, 104 min 718 ton məhsul tədarük edilib. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 31,8 sentner, arpa sahələrində isə 29 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir.
Qeyd edək ki, taxılçılıq Füzuli rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı və 500 hektar ərazidə isə toxumçuluq təsərrüfatı yaradılıb. Artıq yeddi ildir ki, Füzuli rayonu respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasındadır.




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20.02.2020
IDEA təşkilatının “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulub
20.02.2020
Masallıda “Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu“ mövzusunda seminar-treninq keçirilib
20.02.2020
Astara rayonunda 2019-cu ilin nəticələri müzakirə olunub
19.02.2020
Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info