Azərbaycana yardım edilməkdənsə, ona qarşı əsassız hücumlar olur
Tarix: 29.06.2019 | Saat: 00:11:00 | E-mail | Çapa göndər



Azərbaycanı yaxşı tanıyıram, çox gözəl ölkədir. Bu ölkədə gənclərin təhsilinə, vətəndaş hüquqlarına, dini azadlıqlara ciddi diqqət və qayğı göstərilir. Azərbaycanın 1918-ci ildə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olduğu (hətta ABŞ-dan əvvəl) faktını nəzərə alsaq, bu ölkənin önəmi daha da aydın olar.
Təbii ki, ağrılı Dağlıq Qarabağ məsələsinin BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa İttifaqının çoxsaylı qətnamələrinə rəğmən öz həllini tapmamasına təəssüflənirəm. Azərbaycana yardım edilməkdənsə, ona qarşı əsassız hücumlar olur.
Bu fikirləri AŞPA-nın italiyalı üzvü Mariya Rizzotti AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, Parlament Assambleyasında Azərbaycana qarşı edilən əsassız hücumlardan şoka düşür.
“Açıq şəkildə Avropa Şurasının iclasında da dedim ki, Azərbaycana qarşı bəzi hücumlar mənə tamamilə əsassız gəlir. Bu ölkədə 3 dəfə parlament seçkilərində müşahidəçi qismində seçkiləri izləmişəm. Tam hüquqi sistem müşahidə etmişəm və deyilənlərin heç biri, xüsusilə də insan hüquqlarının pozulması haqqında deyilənlərlə razılaşmamışam. Düşünürəm ki, Azərbaycanın strateji mövqeyi var, İran, Türkiyə, Rusiya kimi güclü ölkələrlə həmsərhəddir və özünü bütün təsirlərdən uzaq saxlamaq istəyir. Dünyəvi, eyni zamanda, əhalisinin əksəriyyəti müsəlman ölkə olduğu üçün Avropanın qalan hissəsinə keçə biləcək islam terrorçu qüvvələrinin infiltrasiyasının qarşısını alır. Ona görə də bu ölkə dini azadlıq üçün bir müdafiədir. Azərbaycan digər bütün müsəlman ölkələrindən fərqlənir. Böyük uğurlar əldə edib.
Dünyada ideal ölkə yoxdur. Azərbaycanı daim mühakimə etmək kimi qərəzli niyyətlər müşahidə olunur, ancaq niyə, bilmirəm. Bu ölkəni korrupsiyaya görə də mühakimə edirlər. Halbuki korrupsiya elə bir haldır ki, ona qarşı bütün dünyada, bütün Avropada mübarizə aparılmalıdır. Çox yaxşı bilirik ki, ona qarşı necə mübarizə aparmaq lazımdır. Ölkəni çirkli pulların yuyulması məsələsinə görə mühakimə edirlər, amma bu məsələyə görə Hollandiya və Avropanın bir çox digər ölkələri də cəlb olunub. Onları, eləcə də Avropa banklarını mühakimə etmək lazımdır”, - deyə M.Rizzotti diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info