Heydər Əliyev Mərkəzində Cüzeppe Verdinin “Rekviyem” əsəri təqdim olunub
Tarix: 29.06.2019 | Saat: 01:45:00 | E-mail | Çapa göndər



İyunun 28-də Heydər Əliyev Mərkəzində “Cüzeppe Verdi. Rekviyem” adlı klassik musiqi gecəsi keçirilib. Görkəmli bəstəkar Cüzeppe Verdinin məşhur “Rekviyem” əsəri müxtəlif ölkələrdən olan musiqiçilərin ifasında təqdim olunub.

AZƏRTAC xəbər verir ki, əsəri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının Xoru və Batumi Dövlət Musiqi Mərkəzi Kapellası ifa edib.
Rusiyalı Yelena Mixailenko (soprano) bildirib ki, konsertə hazırlıq işləri yüksək templə aparılıb. Belə ki, cəmi iki dəfə məşq ediblər. Solistlər əvvəl bir yerdə oxumasalar da, hər şey çox gözəl alınıb. Bu gün isə bu gözəl nəticə təqdim edilir.
Bas vokalçı Antonio Di Mateo diqqətə çatdırıb ki, özü italyan olduğu üçün Cüzeppe Verdinin “Rekviyem” əsərini məhz Bakıda oxumağından çox məmnundur. Azərbaycan vokal məktəbini müsbət dəyərləndirən musiqiçi Azərbaycan vokalçılarının Avropa ölkələrinin konsert salonlarında getdikcə daha çox çıxış etdiklərini söyləyib.
Azərbaycanlı vokalçı Azər Zadə (tenor) qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən sənətçilərin burada bir araya gəlməsi çox sevindirici haldır. “Bu, şəhərimizin müəyyən mənada təbliğidir və hamımız bundan yalnız sevinirik", - deyə Azər Zadə bildirib.
Konsertin dirijoru, Xalq artisti Yalçın Adıgözəlov konsert proqramını ölkəmizin mədəni həyatında gözəl bir hadisə kimi dəyərləndirərək deyib: “Dünya klassik musiqi repertuarının şah əsərini, Cüzeppe Verdinin “Rekviyem” əsərini ifa edirik. Ümidvaram ki, bu ifa illər boyunca dinləyicilərin yaddaşından silinməyəcək. Çünki səhnədə 200 nəfər sənətkar bir araya gəlib. Uzun illər belə bir imkanın yarandığını gözləyirdik. Əlimizdən gələni etdik ki, bu hadisə Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazılsın”. Təşkilatçılara minnətdarlığını bildirən dirijor hamıya musiqi dolu gözəl bir gecə arzulayıb.

Almaniyadan olan Mareyke Yankovski (metso-soprano) Bakıya ilk dəfə gəldiyini deyib. Bildirib ki, azərbaycanlı sənətçilərlə işləmək çox gözəl bir təcrübədir. Dünyanın müxtəlif xalqları ilə musiqi ifa edəndə insan çox oxşar hisslər keçirir. Çünki musiqi insanları birləşdirir.

“Rekviyem” dahi bəstəkar Cüzeppe Verdinin solistlər, xor və orkestr üçün əsəridir. Əsərin ideyası 1868-ci ildə bəstəkar Coakkino Rossini vəfat edərkən yaranıb. Verdi Rossininin vəfatının ildönümü üçün matəm messası bəstələnməsi məqsədilə italyan bəstəkarlara müraciət edir. Əsərin müxtəlif hissələrinin yazılması üzrə bəstəkarlar arasında püşkatma olur və Verdiyə əsərin sonuncu hissəsi – “Libera me” düşür. Əsər 1869-cu ildə hazır olsa da, ifa edilmir. Bir ildən sonra Verdi "Rekviyem"i bütünlüklə özünün yazacağını açıqlayır. Bu vaxt o, artıq 2 hissəni bəstələmişdi.
1873-cü ildə Verdinin gənclik illərindən rəğbət bəslədiyi, tanınmış yazıçı Alessandro Mandzoninin ölümü əsərin tamamlanmasına təkan verir. “Rekviyem” 1874-cü il mayın 22-də Mandzoninin vəfatının ildönümündə Milandakı Müqəddəs Mark kafedralında bəstəkarın öz dirijorluğu ilə təqdim olunur. Üç gün sonra isə əsər “La Skala” teatrında böyük uğurla ifa edilir.
Texniki mürəkkəbliklərlə zəngin, çoxsaylı ifaçı tələb edən yeddi hissəli “Rekviyem” ilk gündən geniş auditoriya rəğbəti qazanıb.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info