“Məhəbbət əfsanəsi” baleti Nur-Sultanda nümayiş etdiriləcək
Tarix: 29.06.2019 | Saat: 12:43:00 | E-mail | Çapa göndər



1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açıb.

AZƏRTAC Qazaxıstan KİV-nə istinadla xəbər verir ki, ilk premyerasından 58 il sonra tamaşa öz yubileyini qeyd edən Nur-Sultan şəhərində təqdim ediləcək. “Astana balet” teatrında iyulun 3-də göstəriləcək baletin yeni yaradıcıları –Yuri Qriqoroviçin yetirmələri olan quruluşçu-xoreoqraflar Ruslan Pronin və Oksana Tsvetnitskayadır.
Quruluşçu-xoreoqraflar jurnalistlərə müsahibəsində bildiriblər ki, onlar görkəmli bəstəkar Arif Məlikov və xoreoqraf Yuri Qiroroviçin 50 il əvvəl tamaşaya verdikləri ruhu qoruyub saxlamağa çalışıblar. Qazax teatrının balet ustaları – Ayjan Mukatova, Aynur Abilqazina və Fərhad Buriyev balet sənətində ən böyük şedevrlərdən biri olan “Məhəbbət əfsanəsi”ndə çıxış etməyin böyük qürur mənbəyi olduğunu qeyd ediblər. Fərhad Buriyev bildirib ki, neçə nəsil sənətsevərlərin qəlbini fəth edən bu ecazkar əsərdə ötən əsrin 60-cı illərində görkəmli balet ustası Rudolf Nuriyev üçün nəzərdə tutulmuş Fərhad obrazını canlandırmaq hər bir artist üçün məsuliyyətli və şərəfli işdir.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info