Paytaxt çimərliklərində reydlər keçirilir
Tarix: 29.06.2019 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Bakıda çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞHİ) Ticarət və Xidmət Departamenti paytaxtın bir sıra rayonlarında yerləşən çimərliklərə baxış keçirib.
BŞHİ-dən Trend-ə verilən məlumata görə, paytaxt Bakı şəhərində havaların isti keçməsi ilə əlaqədar olaraq, yerli vətəndaşlarla yanaşı, turistlərin də dəniz sahilinə kütləvi axını müşahidə olunur.
Bununla əlaqədar BŞİH Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Departamentdən bildirilib ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Lakin müşahidələr və həmçinin vətəndaşlardan daxil olmuş bir sıra müraciətlər onu deməyə əsas verir ki, hələ də bu tələblərə riayət etməyənlər vardır. Bur sıra yerlərdə vətəndaşlardan əsassiz olaraq çimərliklərə daxil olmaq üçün pul istənilir.
Müraciətlərin araşdirılması və neqativ halların aradan qaldırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamentinin əməkdaşları Səbail rayonu “Şıx” çimərliyk ərazisi, Suraxanı rayonu Hövsan, Xəzər rayonu Türkan, Zirə və Mərdəkan çimərliklərində reydlər keçirib.
BŞİH-nin Ticarət və xidmət departamentindən jurnalistlərə açıqlamada bildirilir ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb: ``Məlum oldu ki, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. Həmçinin ictimai xidmət səviyyəsi də yüksək keyfiyyətdə olmalıdır. Vətəndaşlar belə hallarla qarşılaşarsa, müvafiq orqanlara müraciət etməlidir. Reydlər zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız xidmətə görə pul almaq olar. Aşkar edilən nöqsanlar aradan qaldırılmazsa, inzibati qaydada tədbir görülür. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə təkrar baxış keçiriləcək. Mütəmadi şəkildə monitorinqlər davam etdiriləcək və ictimaiyyətə məlumat veriləcək”.
Bu gün reydlər Novxanı qəsəbəsindəki çimərliklərdə aparılıb və şkar edilmiş noqsanlar yerindəcə aradan qaldırılıb.
Reydlərin davamı nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
26.01.2020
Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
25.01.2020
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb
25.01.2020
Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək
24.01.2020
Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info